Ermənistan insanlıq əleyhinə
cinayətlərini davam etdirir
Beynəlxalq
təşkilatlar isə işğalçı ölkəni
faşist xislətindən çəkinməyə və dəqiq
mina xəritələrini Azərbaycana verməyə məcbur
etmirlər
Bədnam ermənilər əsrlərlə, illərlə olduğu kimi, bu gün də Azərbaycan xalqına qarşı milli düşmənçiliklərini davam etdirirlər. Mənfurlar genetik xüsusiyyətlərindəki xainliyə, xəbisliyə, hiyləgərliyə, ən başlıcası isə faşist xislətə xas davranaraq, hər fürsətdə xalqımıza qarşı terror siyasəti aparmaqdan bir addım belə geri çəkilmirlər.
Elə iyulun 26-da Kəlbəcər rayonunda hərbçimizin insanlıq qənimi olan ermənilərin basdırdığı piyada əleyhinə minaya düşərək ağır xəsarət alması da qaniçən düşmənin terrorçu əməlinin daha bir əyani nümunəsidir.
Əvvəla düşmənin piyada əleyhinə minalardan istifadə etməsinin özü belə ayrıca cinayət hesab olunur. Çünki beynəlxalq konvensiyalara görə piyada əleyhinə minaların tətbiq olunması qəti qadağandır.
İşğalçılar Qarabağı və
Şərqi Zəngəzuru mina
tarlasına çeviriblər
30 il ərzində Azərbaycanın əzəli torpaqlarını işğalda saxlayaraq, min bir fitnə-fəsadla onlara yiyələnmək istəyən mənfur ermənilər, bu məkrli niyyətlərinə çata bilməyəcəklərini anlayanda isə daha bir iyrənc əmələ əl ataraq ərazilərimizdə külli miqdarda mina basdırıblar. Qarabağı və Şərqi Zəngəzuru mina tarlasına çevirərək, yollara, həyətlərə, evlərə, demək olar ki, hər daşın-qayanın altına piyada və tank əleyhinə mina döşəyiblər. Erməni faşistləri bu partlayıcı qurğular sayəsində dinc azərbaycanlılara, texnikaya, əraziyə mümkün qədər çox ziyan vurmaq məqsədi güdüblər.
Buna görə də, 44 günlük Vətən müharibəsi sayəsində torpaqlarımızı işğaldan azad edəndən sonrakı müddətdə tarixi ərazilərimizdə düşmənin basdırdığı mina təhlükəsi ilə qarşı-qarşıya qalmışıq. Üçtərəfli Bəyannamənin imzalanmasından sonra Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad olunan ərazilərinə döşənmiş minaların partlaması nəticəsində 250-dən çox insan həlak olub, ciddi xəsarət alıb. Onların arasında KİV nümayəndələri də var.
Minalar dədə-baba torpaqlarımıza qayıdışı ləngidir
Azərbaycanın 2030-cu ilədək milli prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılması əsas strateji hədəflərdən biridir. Qələbədən dərhal sonra Azərbaycan işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzur bölgəsində ərazilərin bərpasına və yenidən qurulmasına başlayıb.
Doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün həmin ərazilərdə mühüm layihələrin gerçəkləşdirilməsi istiqamətində əsaslı işlər görülür. Artıq Vətən müharibəsindən sonra Böyük qayıdışın ilk uğurlu başlanğıcı da olub. 30 ilə yaxın həsrətdən sonra Zəngilanın Ağalı kəndinin sakinləri "ağıllı kənd" konsepsiyası ilə yenidən müasir formada qurulmuş kəndlərinə dönüblər.
Lakin işğalçı Ermənistanın Qarabağ və Şərqi Zəngəzur ərazisində saysız mina basdırması keçmiş məcburi köçkünlərimizin dədə-baba yurdlarına qayıdış prosesini ləngidir. Çünki belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir.
Ötən il oktyabrın 15-də Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videoformatda keçirilən iclasındakı çıxışında da bu məsələyə diqqət çəkərək bildirdi ki, hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır.
Elə bu il mayın 22-də "Brüssel prosesi" çərçivəsində Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti üçtərəfli görüşün müzakirə mövzularından biri də işğaldan azad edilmiş ərazilərimizdə mina probleminin həlli ilə bağlı idi.
Ümumiyyətlə, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda mövcud olan mina probleminin həlli məsələsini bütün beynəlxalq platformalarda qaldırır.
Mina xəritələrinin dəqiqliyi cəmi yüzdə 25 faizdir
İkinci Qarabağ müharibəsindən sonrakı dönəmdən etibarən aparılmış əməliyyatlar nəticəsində bu ayın əvvəlinədək ümumilikdə 36 min hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 61 mindən çox mina və partlamamış hərbi sursat, improvizə olunmuş qurğular, tələ minalar və sair sursatlar aşkarlanaraq zərərsizləşdirilib.
Xatırladaq ki, Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra ötən ilin sonunda Ermənistan işğaldan azad edilmiş müəyyən ərazilərin minalanmış sahələrinin xəritəsini ölkəmizə təqdim etsə də, faktiki olaraq bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir.
Ötən il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanın xəritəsini Azərbaycan tərəfinə verməyə məcbur edilmişdi. İyul ayının əvvəlində isə işğal zamanı Füzuli və Zəngilanda basdırılmış təqribən 92 min minanın xəritəsi alınmışdı. Lakin həmin xəritələrin də dəqiqliyi cəmi yüzdə 25 faiz təşkil edir.
Ermənilərin mina terroru vətəndaşlarımızın həyatını təhlükə altında saxlayır
Göründüyü kimi, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri hərbi cinayətlər bu gün də davam edir. Ermənistan bütün razılaşdırılmış və beynəlxalq humanitar qanundan irəli gələn öhdəlikləri pozaraq minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməkdən boyun qaçırır. İşğalçı ölkə bu çirkin və məkrli davranışı ilə həm bölgədə sülhə mane olur, həm də Azərbaycan vətəndaşlarının həyatını təhlükə altında saxlayır.
Bütün bu sadalananlar Azərbaycan xalqına qarşı hər zaman düşmənçilik edən faşist xislətli ermənilərin dəhşətli cinayət əməllərinin əyani sübutudur.
Və o da dəhşətlidir ki, erməni faşistləri bu qanlı əməllərini dünyanın gözü qarşısında həyata keçirirlər və beynəlxalq aləm də heç bir vəchlə öz susqunluğunu pozmur, işğalçı Ermənistanı bu çirkin əməllərindən daşındırmaq üçün əməli iş görmür. Yəni Azərbaycan sözügedən problemlə də bağlı ədalətsiz mövqe və ikili standartlarla qarşılaşır.
Beynəlxalq təşkilatlar beynəlxalq hüquqa əsaslanaraq Ermənistana əlavə təzyiqlər göstərməlidir. İşğalçıya başa salınmalıdır ki, 44 günlük Vətən müharibəsindəki acı məğlubiyyətləri ilə barışmaqdan başqa əlacları yoxdur və daha çox azərbaycanlının ölməsinə hesabladıqları faşist xislətlərindən əl çəkərək, dərhal və qeyd-şərtsiz dəqiq mina xəritələrini Azərbaycana təqdim etməlidirlər.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2022.- 29 iyul.- S.7.