Elminali təhsilin birgə inkişafı zamanın tələbidir

 

Azərbaycanda da bu istiqamətdə islahatların aparılmasına start verildi

 

 Azərbaycan elmi təhsili bütün dövrlərdə dövlətin diqqətində olub. Prezident İlham Əliyev mütəmadi olaraq həm təhsilin, həm elmin inkişafı ilə bağlı ciddi qərarlar verib.

Etiraf etmək lazımdır ki, bu gün bəşəriyyətin inkişaf istiqamətlərini büsbütün dəyişən, Yer üzünün sosial-iqtisadi, mədəni mənzərəsini yenidən müəyyənləşdirən texnologiyalar elmin məhsuludur. Dünyanın ən böyük iqtisadi zənginlikləri biliyə, təhsilin qazandırdığı elmi təfəkkürə əsaslanır.

Zamanın çağırışlarına uyğun olaraq Azərbaycan dövləti elm təhsilin inkişafına mühüm prioritetlərdən biri kimi yanaşır. Ölkəmizdə son illərdə elm sahəsində müəyyən problemlər yaranırdı, AMEA-nın fəaliyyətində durğunluq hiss olunurdu. Artıq təhsil sahəsi ilə yanaşı, elm sahəsində islahatların aparılması zərurəti yaranmışdı. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur islahatlarının aparılması vacib idi. Elm təhsil elə bir sahədir ki, orada daim dəyişikliklər, yeniliklər olmalıdır. Buna müvafiq olaraq dövlət başçısı 2022-ci il iyulun 28-də "Azərbaycan Respublikasında elm təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzaladı. Fərmana əsasən, elm təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Təhsil Nazirliyi Elm Təhsil Nazirliyi adlandırıldı. Elm sahəsində dövlət siyasətinin tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə təşkilatların fəaliyyətinin əlaqələndirilməsi istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Təhsil Nazirliyinə həvalə edildi. Nazirliyin yanında xüsusi qurumlar yaradıldı: Elm Ali Təhsil üzrə Dövlət Agentliyi; Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyi.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Hüseyn Cavidin Ev-Muzeyi əmlakları ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verildi.

Prezident İlham Əliyevin bu qərarını elm işçiləri respublika ictimaiyyəti böyük rəğbətlə qarşıladı. Belə bir struktur islahatları AMEA-nın elm istehsalat qurumlarının işinin tənzimlənməsinə xidmət edəcək, elmi fəaliyyət sahəsində əlaqələndirmə, koordinasiya qiymətləndirmənin gerçəkləşdirilməsinə nail olunacaq, struktur idarəetmə baxımından əsaslı təkmilləşdirilmə işləri aparılacaq.

AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev deyir ki, Prezidentin bu fərmanı çox vacib vaxtında imzalanmışdır: "Hesab edirik ki, elmin ali təhsilin birgə inkişafı yeni səviyyədə qurulacaq. İdarəçilikdə müəyyən addımlar atılacaq optimallaşma baş verəcək. Akademiyanın alimləri rəyasət heyəti çalışacaq ki, bu qərardan irəli gələn bütün məsələləri vaxtında yüksək səviyyədə həll etsinlər. İlk növbədə akademiyanın elmi istiqamətləri prioritetləri, strukturun optimallaşdırılması, ümumilikdə elmin təşkilinin yeni səviyyədə müasir tələblərə cavab olaraq qurulması qarşımızda duran mühüm vəzifədir. Çalışacağıq ki, bu vəzifəni layiqincə yerinə yetirək".

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova söyləyir ki, bu fərman ilə Prezident Azərbaycanda elm təhsilin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu: "Cənab İlham Əliyevin imzaladığı fərman Azərbaycan elminin müasir çağırışlara uyğun olaraq inkişafını təmin etmək məqsədilə atılmış mühüm strateji addımdır. Bundan sonra Azərbaycanda elm köhnə ənənələrin üzərində yeni tələblərə uyğun olaraq inkişaf edəcək beləliklə, Prezidentin  ümumilikdə ölkənin iqtisadi inkişafında qarşıya məqsəd kimi qoyduğu neft kapitalını insan kapitalına çevirmək ideyası  reallığa çevriləcək".

Sayalı Sadıqova onu da vurğulayır ki, qarşılıqlı birgə fəaliyyətin təmin edilməsi eyni zamanda Azərbaycan  təhsilinin  elmi tədqiqat yönümlü inkişafında imkanlarını genişləndirəcək: "Humanitar ictimai elm sahələrinə xüsusi dövlət qayğısının bariz nümunəsi olaraq bu qurumlarda restrukturlaşmanın təşkili əsaslarının hazırlanması əslində bu sahə ilə məşğul olan alimlərin qarşısına yeni vəzifələr qoyur ".

Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini idarəetmə sisteminin optimallaşdırılması, şəffaflığın artırılması, yeni idarəetmə mexanizmlərinin tətbiqi kadrlardan daha səmərəli istifadə edilməsi kimi kompleks yeniliklər təşkil edir. Bu islahatların əsas məqsədi ölkənin siyasi, iqtisadi mədəni həyatının əsaslı şəkildə modernləşdirilməsidir. Belə bir şəraitdə elmi fəaliyyət sahəsində struktur islahatları, elm təhsili vahid sistemdə birləşdirən dövlət tənzimlənməsinin həyata keçirilməsi, elmi istiqamətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, elmin nəticəliliyinə, milli, dövlətçilik mənafelərinə uyğunluğu, kadr təminatı sair sahələrdə köklü konseptual islahatların aparılması vacib idi.

 

 Elşən YƏHYAYEV  

 

Azərbaycan.- 2022.- 30 iyul.- S.1; 6.