ABŞ-ın siyasi tarixində bir ilk

 

Respublikaçıların demokratların sabiq üzvləri yeni partiyada birləşərək üçüncü böyük siyasi qüvvə yaratdıqlarını elan etdilər  

 

ABŞ-dakı tarixi ikipartiyalı sistem üçüncü böyük siyasi qüvvənin yaradılması ilə dəyişdirilə bilər. Belə ki, tanınmış respublikaçı demokratlar "İrəli" adlı yeni partiyanın təsis olunduğunu elan ediblər. Bu barədə partiyanın təsisçilərinə istinadən  "Röyter" agentliyi xəbər verir.

Təsisçilərin dediyinə görə, yeni siyasi qüvvənin hələlik konkret gündəmi yoxdur, lakin özünü mərkəzçi partiya kimi təsdiqləməyi planlaşdırır. Onlar "Amerikanın üzləşdiyi böyük problemləri necə həll edəcəyik?" sualını belə cavablandırıblar: " sola, sağa. İrəli".

Agentlik qeyd edir ki, partiya proqramının əsas müddəaları "ədalətli, firavan iqtisadiyyatın dirçəldilməsi", həmçinin "amerikalılar üçün daha çox seçim, fəaliyyət göstərən hökumətə daha çox inam gələcək haqqında öz fikirlərini bildirmək üçün daha çox imkanlar"dır.

 

 "İrəli" bütün ştatlarda qeydiyyatdankeçmək niyyətindədir

 

 Partiya üç təşkilatın birliyinə əsaslanır. Bunlardan birincisi Ronald Reyqan, Corc Buş (ata), Corc Buş (oğul) Donald Tramp administrasiyalarından keçmiş respublikaçılar tərəfindən 2021-ci ildə yaradılan "Renew America Movement" ("Amerikanı Yenilə") Hərəkatıdır.

İkinci üzv prezidentliyə keçmiş demokrat namizəd Endryu Yanqın ilkin "İrəli" (Forward Party) Partiyasıdır. Bundan əlavə, yeni siyasi qüvvədə sabiq respublikaçı konqresmen Devid Colli ətrafında birləşmiş keçmiş demokratlar, respublikaçılar müstəqil siyasətçilər qrupu olan - "Serve America Movement" (Amerikaya Xidmət Hərəkatı) iştirak edir.

Yeni partiyanın təsisçiləri 2023-cü ilin sonuna kimi 30 ştatda, 2024-cü ilin sonuna qədər isə 50 ştatın hamısında qeydiyyata seçkilərə çıxış əldə etmək niyyətindədirlər.

 

 XIX əsrin ortalarından ikipartiyalı sistem fəaliyyət göstərir

 

XIX əsrin ortalarından bəri ABŞ-ın siyasi həyatında yalnız iki böyük partiya - Demokratlar Respublikaçılar mühüm əhəmiyyət kəsb edir. Digər siyasi qüvvələr isə yalnız bəzi hallarda siyasi həyatın gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilirlər. 

Bu cür hallardan biri 2000-ci ildə, Ralf  Neyderin Yaşıllar Partiyasının təmsilçisi kimi prezidentliyə namizədliyini irəli sürdüyü 3 milyon səs (2,74 faiz) aldığı zaman baş verib. Onun qazandığı səslərin demokrat Albert Qordan alınaraq Corc Buşa verilməsi ilə respublikaçı namizədin qalib gəlməsinə kömək etdiyi güman olunur.

Son məlumata görə, yeni partiyaya Endryu Yanq Nyu Cersi ştatının keçmiş qubernatoru Kristin Todd Uitman rəhbərlik edəcəklər.

Onlar "Röyter"agentliyinə mərkəzçi "İrəli" Partiyasının ABŞ-ın iki əsas partiyasına alternativ olacağına ümid etdiklərini deyiblər. Bildirilib ki, partiya Amerikanın "uğursuz ikipartiyalı sistemi"ndən  təşvişə düşən seçicilərə müraciət edəcək.

 

 R.CƏFƏROV

 

Azərbaycan.- 2022.- 30 iyul.- S.1; 9.