“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 106; 2001, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 4; 2004, ¹ 8, maddə 606, ¹ 9, maddə 666; 2007, ¹ 3, maddə 206, ¹ 6, maddələr 560, 598, ¹ 11, maddə 1078; 2008, ¹ 8, maddə 699, ¹ 11, maddə 960; 2009, ¹ 6, maddə 395; 2010, ¹ 4, maddə 276; 2013, ¹ 12, maddə 1497; 2018, ¹ 3, maddə 399, ¹ 5, maddə 886, ¹ 12 (I kitab), maddə 2481; 2019, ¹ 7, maddə 1194; 2020, ¹ 4, maddə 394, ¹ 7, maddə 826; 2021, ¹ 8, maddə 897, ¹ 12, maddə 1316) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 21-ci maddə üzrə:

 

1.1.1. birinci, ikinci və altıncı hissələr ləğv edilsin;

 

1.1.2. üçüncü hissədə “2475 manat miqdarında” sözləri “3550 manat məbləğində” sözləri ilə əvəz edilsin;

 

1.1.3. beşinci hissədə “bir misli məbləğində” sözləri “iki misli həcmində” sözləri ilə əvəz edilsin;

 

1.2. 29-cu maddənin ikinci cümləsi çıxarılsın.

 

Maddə 2. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 iyun 2022-ci il

 

Azərbaycan.- 2022.- 30 iyul.- S.2.