Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 9, ¹ 8, maddə 598, ¹ 9, maddə 668; 2007, ¹ 4, maddə 320, ¹ 5, maddə 446, ¹ 7, maddə 712, ¹ 11, maddə 1078; 2008, ¹ 6, maddə 470, ¹ 7, maddə 608; 2010, ¹ 7, maddə 590; 2011, ¹ 4, maddə 266, ¹ 11, maddə 982; 2012, ¹ 6, maddə 521; 2014, ¹ 2, maddə 84; 2015, ¹ 5, maddə 491; 2018, ¹ 3, maddələr 375, 394, ¹ 5, maddə 887; 2019, ¹ 4, maddə 592) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 71.1-ci maddədə “Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə” sözləri “aylıq vəzifə maaşının 50 faizi məbləğində” sözləri ilə əvəz edilsin;

 

1.2. 71.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

“71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manatdır.”;

 

1.3. 72.2-ci və 73.6-cı maddələr ləğv edilsin;

 

1.4. 73.9-cu maddədən “, 73.6-cı” sözləri çıxarılsın.

 

Maddə 2. Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 iyun 2022-ci il

 

Azərbaycan.- 2022.- 30 iyul.- S.2.