“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 413; 1999, ¹ 5, maddə 284, ¹ 7, maddə 396, ¹ 10, maddə 570; 2001, ¹ 5, maddə 292, ¹ 6, maddə 379, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 4, ¹ 12, maddə 706; 2003, ¹ 6, maddə 278; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 4, maddə 199, ¹ 8, maddələr 597, 598, ¹ 9, maddə 669; 2005, ¹ 1, maddə 7, ¹ 8, maddə 686; 2006, ¹ 1, maddə 4, ¹ 12, maddə 1005; 2007, ¹ 5, maddələr 439, 446, ¹ 7, maddə 712, ¹ 11, maddə 1078, ¹ 12, maddə 1222; 2008, ¹ 3, maddə 163, ¹ 7, maddə 609; 2009, ¹ 2, maddə 46, ¹ 11, maddə 878; 2010, ¹ 7, maddə 596, ¹ 10, maddə 842; 2011, ¹ 4, maddə 265; 2013, ¹ 1, maddə 21; 2014, ¹ 2, maddə 85, ¹ 7, maddələr 782, 784; 2015, ¹ 2, maddə 98, ¹ 4, maddə 346, ¹ 5, maddə 483, ¹ 11, maddə 1286; 2016, ¹ 6, maddə 1004, ¹ 11, maddə 1789, ¹ 12, maddə 2033; 2017, ¹ 6, maddə 1034, ¹ 7, maddə 1305, ¹ 11, maddə 1965; 2018, ¹ 1, maddə 12, ¹ 3, maddə 395, ¹ 5, maddə 888, ¹ 7 (I kitab), maddə 1442, ¹ 12 (I kitab), maddə 2525; 2019, ¹ 1, maddə 22, ¹ 7, maddələr 1196, 1206, ¹ 12, maddə 1895; 2020, ¹ 7, maddə 826; 2021, ¹ 8, maddə 897; 2022, ¹ 1, maddə 5) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 106-cı maddənin birinci hissəsinin ikinci abzasında “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı” sözləri “3550 manat” sözləri ilə əvəz edilsin;

 

1.2. 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqqı məbləğində müavinət” sözləri çıxarılsın;

 

1.3. 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılsın.

 

Maddə 2. Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 iyun 2022-ci il

 

Azərbaycan.- 2022.- 30 iyul.- S.3.