Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 90, ¹ 7, maddə 625, ¹ 11, maddə 996; 2012, ¹ 9, maddə 853, ¹ 11, maddə 1084; 2013, ¹ 2, maddə 124, ¹ 12, maddə 1525; 2014, ¹ 7, maddə 789, ¹ 9, maddə 1053; 2015, ¹ 1, maddə 17, ¹ 3, maddələr 263, 264, ¹ 6, maddə 705, ¹ 8, maddə 908, ¹ 10, maddə 1134; 2016,

¹ 3, maddə 437, ¹ 5, maddə 859, ¹ 6, maddələr 1051,1072; 2017, ¹ 9, maddə 1633; 2018, ¹ 3, maddə 433, ¹ 6, maddə 1245; 2019, ¹ 1, maddə 73, ¹ 2, maddə 245, ¹ 5, maddə 845, ¹ 6, maddə 1036, ¹ 7, maddə 1232, ¹ 8, maddə 1397,

¹ 11, maddə 1718, ¹ 12, maddə 1935; 2020, ¹ 3, maddə 247, ¹ 6, maddə 717, ¹ 8, maddə 1036; 2021, ¹ 4, maddə 318, ¹ 8, maddə 922, ¹ 12, maddə 1403) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"nin 5.8-ci bəndinə "nazirindən" sözündən sonra ", Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 iyul 2022-ci il

 

Azərbaycan.- 2022.- 31 iyul.- S.2.