II Milli Yaylaq Festivalının birinci günü uğurla başa çatıb
İyulun 29-da Azərbaycanın milli-mənəvi
dəyərlərinin təbliği,
yaylaq və elat mədəniyyətinin
yaşadılması və
beynəlxalq miqyasda tanıdılması məqsədilə
start götürən II Milli
Yaylaq Festivalının
birinci günü uğurla yekunlaşıb.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, II Milli Yaylaq Festivalında
22 xarici ölkədən
300-ə yaxın qonaq
iştirak edir.
Festivalın qonaqları Xan yaylağının ərazisində
yerləşən Yaylaq
yurdu etno-qəsəbəsində
yaşayış yurdları
(alaçıqlar), Cıdır
Meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq
guşəsi”, “Dədə
Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”,
“Aşıq Ələsgər
ocağı”, “Yaylaq süfrəsi” və digər tematik guşələrlə tanış
olublar.
Festivalın birinci günündə tədbir iştirakçılarına
geniş və zəngin musiqili proqram təqdim olunub. Əsas səhnədə
Bülbül adına
3 saylı Gəncə
Uşaq Musiqi Məktəbinin “Gəncə”
vokal triosunun, Kazan tatar rəqs və mahnı qrupunun, həmçinin Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Dağıstandan olan ifaçıların və rəqs qruplarının çıxışları
iştirakçılar tərəfindən
maraqla qarşılanıb.
Ulduz səhnəsində
isə Gəncə Uşaq İncəsənət
Məktəbinin “Xəmsə”
nağaraçılar ansamblı
“Azərbaycan ritmləri”,
“Mehtər marşı”,
məktəbin “Gəncə
qönçələri” rəqs
qrupu “Bayram süitası”nı, “Anayurd
marşı” rəqsini,
Kəlbəcər rayon Aşıq
Şəmşir adına
mədəniyyət evinin
“Zurnaçılar” ansamblı
“Cəngi”, “Oğuzu” rəqslərini ifa ediblər. Habelə Qazaxıstanın orijinal musiqi kollektivlərindən
olan “Turan” etnoqrafik folklor ansamblının, Xarəzm
Dövlət Filarmoniyası
Aşula xalq musiqisi qrupunun çıxışları, Xalq
artisti Şahnaz Haşımovanın Göygöl
Dövlət Mahnı
və Rəqs Ansamblının müşayiəti
ilə “Dedim-dedi”, “Qarabağ Azərbaycandır”
mahnılarını ifa
etməsi, eləcə
də digər rəqs qruplarının və solo ifaçıların
konserti festivala xüsusi rəng qatıb.
Festivalda iştirakçılar
xarici ölkələrdən
dəvət olunmuş
etnik musiqi qruplarının ifaları,
yerli kollektivlərin çıxışları, aşıq
deyişməsi, milli rəqslər, xalq mahnıları ilə yanaşı, Azərbaycanda
yaşayan azsaylı xalqların mədəniyyət
nümunələri, səhnəciklər
və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları,
milli geyim nümunələri nümayiş
etdirilir. Qonaqların istirahətinin yaddaqalan
və maraqlı olması üçün
gecə əyləncələri
və oyunlar da təşkil olunur.
Qeyd edək ki, II Milli Yaylaq Festivalı
“Cavad Xan” Tarix və Mədəniyyət
Fondunun və “Kap.az” –
Fərqli Turizm MMC–nin təşəbbüsü,
Mədəniyyət Nazirliyi,
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA), Gənclər
və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi,
Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi,
Gəncə Şəhər
İcra Hakimiyyəti,
Göygöl Rayon İcra
Hakimiyyəti, Türk
Əməkdaşlıq və
Koordinasiya Agentliyi
(TİKA), Dünya Etnoidman
Konfederasiyası və
digər dövlət
və özəl qurumların tərəfdaşlığı
və dəstəyi ilə keçirilir. AZƏRTAC II Milli Yaylaq
Festivalının informasiya
tərəfdaşlarındandır.
İyulun 31-dək davam edəcək festivalda 70 mindən artıq tamaşaçının
iştirakı nəzərdə
tutulur.
Azərbaycan.- 2022.- 30 iyul.- S.5.