Ravşan Dastirov: II Milli Yaylaq Festivalı hamımızın yaddaşında uzun illər qalacaq

 

Festivala dəvət almaq bizim üçün çox xoş oldu. Bizim nümayəndə heyətinin tərkibində jurnalistlər, televiziya işçiləri, həmçinin tanınmış aparıcılar var. İnanıram ki, II Milli Yaylaq Festivalı hamımızın yaddaşında uzun illər qalacaq.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə II Milli Yaylaq Festivalın iştirakçısı, Özbəkistanın Belboqli Kuraş Federasiyasının prezidenti Ravşan Dastirov bildirib.

Bizim idmançılar festivalda xüsusi nömrələrlə çıxış edəcəklər. Belboqli Kuraş qədim milli döyüş növüdür. Bu idman növünün tarixi çox qədimdir”, - deyə Ravşan Dastirov vurğulayıb.

Festivalın çox möhtəşəm təşkil olunduğunu söyləyən özbəkistanlı qonaq deyib: “Burada bütün festival iştirakçılarına səmimi münasibət var. Təşkilatçılara təşəkkür edirəm ki, belə gözəl festival təşkil ediblər. Burada dostlarımızla qarşılaşırıq, eyni zamanda, müxtəlif ölkələrdən olan və müxtəlif mədəniyyətlərə sahib insanlarla tanış oluruq. Belə festivalların davamlı olması naminə gələcək planlar barədə müzakirələr aparırıq. Bu gözəl festivalda iştirakımızdan çox şad və məmnunuq”.

 

Azərbaycan.- 2022.- 30 iyul.- S.5.