Lənkəranda Birinci Qarabağ
müharibəsi şəhidi
yad edilib
Azərbaycanın ərazi bütövlüyünün
qorunması, tarixi torpaqlarımızın işğaldan
azad edilməsi uğrunda döyüşlərdə
şəhidlik zirvəsinə
ucalmış Asif Fəzail oğlu Xəlilovun xatirəsini yad etmək üçün onun təhsil aldığı
və hazırda adını daşıdığı
Lənkəran rayonunun
Vel kənd tam orta məktəbində anım tədbiri keçirilib.
İcra strukturlarının nümayəndələri,
şəhid ailələrinin
üzvləri, qazilər,
ziyalılar, məktəbin
müəllimləri və
ağsaqqalların iştirak
etdikləri tədbirdə
şəhidlərin xatirəsi
bir dəqiqəlik sükutla yad olunduqdan sonra məktəbin direktor müavini Sevinc Talıbova Asif Xəlilovun keçdiyi döyüş yolu barədə ətraflı
məlumat verib. Bildirilib ki,
Asif Xəlilov
1973-cü ildə Vel kəndində anadan olub. 1980-1991-ci illərdə kənd məktəbində orta təhsil alıb. 1992-ci ilin iyun
ayında könüllü
olaraq cəbhəyə
yollanıb. İyulun
30-da Ağdərə istiqamətində
gedən döyüşdə
qəhrəmancasına həlak
olub. Ölümündən sonra Asif Xəlilovun xatirəsini əbədiləşdirmək məqsədilə
Vel kənd tam orta məktəbinə onun adı verilib,
məktəbin həyətində
abidəsi qoyulub.
Tədbirdə çıxış edənlər
şəhid Asif Xəlilovun ailə üzvlərinə belə
qəhrəman övlad
böyütdükləri üçün
minnətdarlıqlarını bildiriblər.
Şamil Xəlilov qardaşının
xatirəsini əziz tutduqları üçün
ailəsi adından tədbirin təşkilatçılarına
və iştirakçılarına
təşəkkür edib.
Sonda şəhidin
məzarı ziyarət
olunub, üstünə
gül-çiçək dəstələri
düzülərək ruhuna
dualar oxunub.
Ağaddin BABAYEV
Azərbaycan.-
2022.- 30 iyul.- S.5.