Baş nazir Əli
Əsədov gürcüstanlı həmkarına
başsağlığı verib
Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədov
Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə
başsağlığı məktubu ünvanlayıb.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, Baş nazir Ə.Əsədov Gürcüstanın Qudauri
bölgəsində baş vermiş helikopter qəzası nəticəsində
insan tələfatı xəbərindən kədərləndiyini
bildirib. Faciə ilə əlaqədar Baş
nazir İ.Qaribaşviliyə, həlak
olanların ailələrinə və yaxınlarına dərin
hüznlə başsağlığı verib.
Azərbaycan.- 2022.- 31 iyul.- S.2.