Milli Məclisin sədri Gürcüstan parlamentinin
sədrinə başsağlığı verib
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar bu ölkənin parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu ünvanlayıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
məktubda deyilir: “Bu
ağır faciə ilə əlaqədar şəxsən öz adımdan və Azərbaycan
Respublikası Milli Məclisinin
deputatları adından Sizə, həlak olanların ailələrinə
və yaxınlarına, dost Gürcüstan xalqına dərin hüznlə
başsağlığı verirəm”.
Azərbaycan.- 2022.- 31 iyul.- S.2.