İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Seyid
İbrahim Rəisiyə
Hörmətli cənab
Prezident,
Abadan şəhərində
onmərtəbəli binanın
çökməsi nəticəsində
çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və
yaxınlarına, bütün
İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 may 2022-ci il
Azərbaycan.- 2022.- 1 iyun.-
S.8.