Xorvatiya Respublikasının
Prezidenti Zati-aliləri
cənab Zoran Milanoviçə
Azərbaycan ilə Xorvatiyanı dostluq münasibətləri birləşdirir
Hörmətli cənab
Prezident,
Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik
Günü münasibətilə
Sizə və bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan ilə Xorvatiyanı dostluq və qarşılıqlı faydalı
əməkdaşlıq münasibətləri
birləşdirir. Xoş ənənələrə əsaslanan əlaqələrimizin
hazırkı inkişaf
səviyyəsi məmnunluq
doğurur. İnanıram ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəmləndirilməsi, ikitərəfli
və çoxtərəfli
əsasda səmərəli
işbirliyimizin genişləndirilməsi
yolunda birgə səylərimizi bundan sonra da ardıcıl
surətdə davam etdirəcəyik.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə müvəffəqiyyətlər,
dost Xorvatiya xalqına
daim əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 26 may
2022-ci il
Azərbaycan.- 2022.- 1 iyun.- S.8.