İnkişafDiplomatiya İnstitutunun təşkil etdiyi “Xəzər Hövzəsi Araşdırmaları” Proqramı başa çatıb

 

ADA Universitetinin İnkişafDiplomatiya İnstitutu (“IDD”) tərəfindən təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” Proqramı başa çatıb.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, mayın 23-ü başlayan Proqramın açılış mərasimində ADA Universitetinin prorektoru, İnkişaf Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə İnstitutun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova iştirakçıları salamlayıblar.

Proqramda ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun katib, müşavir attaşelərdən ibarət ümumilikdə 10 nümayəndəsi iştirak edib. Həmin ölkələr sırasında Əlcəzair, İraq, Misir, Macarıstan, Monteneqro, Polşa, Rusiya, Rumıniya, Sudan Tacikistanı qeyd etmək mümkündür.

Mayın 27-si başa çatan Proqram ərzində iştirakçılar Azərbaycanın çoxşaxəli zəngin tarixi, mədəniyyəti, eləcə işğaldan azad edilmiş Qarabağın inkişafı ilə bağlı məlumat əldə ediblər.

Proqram çərçivəsində Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rəşad Novruz, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi ofisinin koordinasiya analitiki Şəmsiyyə Mustafayeva milli mənsubiyyət, mədəniyyətlərarası ünsiyyət, işğaldan azad edilmiş ərazilərdə bərpa yenidənquruculuq, eləcə həmin ərazilərə məcburi köçkünlərin köçürülməsi ilə bağlı mühazirələrlə çıxış ediblər.

Proqram ADA Universiteti müəllimləri, İnkişaf Diplomatiya İnstitutunun proqram direktorları, həmçinin protokol qaydaları üzrə təlimçilərin mühazirələri ilə davam edib.

Sonda Proqramı başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

 

Azərbaycan.- 2022.- 1 iyun.- S.8.