Cozef Baydendən İlham Əliyevə növbəti dəstək

 

"Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər NeftQaz Sərgisinə evsahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir".

ABŞ Prezidenti Cozef Baydenin Beynəlxalq Xəzər NeftQaz Sərgisinin açılışı ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı məktubda yer alan bu fikirlər bir daha təsdiq edir ki, Ev strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksələn əlaqələrin daha da gücləndirilməsində maraqlıdır.

Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ-la münasibətlərin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi yer verir. Eləcə də rəsmi Vaşinqton Azərbaycanla münasibətləri genişləndirmək üçün müəyyən addımlar atır. İki ölkə arasında enerji, nəqliyyat, infrastruktur, kommunikasiya və digər sahələrdə sıx təmaslar mövcuddur.

Cozef Bayden enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaq üçün şaxələndirmənin hazırkı dövrdə xüsusilə əhəmiyyətli olduğunu bildirərək qeyd edir ki, Azərbaycan buna nail olmaq üçün regional səylərdə əsas rol oynayıb: "Azərbaycan həm də regionalqlobal bazarların sabitləşdirməsi baxımından Trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan "Cənub qaz dəhlizi" vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır".

Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində İlham Əliyevin davamlı addımlarını alqışladığını bildirən Cozef Bayden məktubunun sonunda Amerika Birləşmiş Ştatlarının davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiq qaldığını vurğulayıb.

Qeyd edək ki, bu, Cozef Baydenin son 3 ayda İlham Əliyevə göndərdiyi sayca 3-cü məktubdur. Bundan əvvəl ABŞ Prezidenti Novruz bayramı və 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlamışdı.

Novruz bayramı münasibətilə İlham Əliyevə göndərilən təbrik məktubunda Cozef Bayden iki dövlət arasındakı əlaqələrin perspektivinə tam aydınlıq gətirmiş, Azərbaycanla əlaqələrin daha da inkişafında maraqlı olduğunu göstərmişdi. Ev rəhbərinin Müstəqillik Günü ilə bağlı təbrik məktubu da ABŞ-ın hazırkı Administrasiyasnın Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda maraqlı olduğunu, ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini bəyan edirdi.

Hər 3 məktubda qeyd edilən fikirlərə əsaslanaraq deyə bilərik ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyinə və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir, Ev İlham Əliyevin qətiyyətli siyasi kursunu təqdir edir.

Ümumiyyətlə, son 19 ildə demokratları və ya respublikaçıları təmsil etməsindən asılı olmayaraq, dünyanın fövqəldövlətinə rəhbərlik etmiş prezidentlər və onların administrasiyaları Azərbaycanla münasibətlərə yüksək ehtiramla yanaşıb. Rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək həm regional, həm də qlobal problemlərin həllində onu yaxın tərəfdaşı kimi yüksək qiymətləndirir.

Azərbaycan-ABŞ münasibətlərinin daha da yaxınlaşmasını təsdiqləyən faktlara nəzər yetirsək görərik ki, bu ölkənin bir çox şirkətləri uzun illərdir investor və podratçı qismində Azərbaycanda enerjiqeyri-enerji sektorlarında uğurlu fəaliyyət göstərirlər. Energetika sahəsində Azərbaycan ilə ABŞ arasında yüksək səviyyədə əməkdaşlıq həyata keçirilir ki, bunun da nəticəsində nəhəng qlobal layihələr reallaşır. Bu da öz növbəsində regional inkişafa töhfəsini verir.

Bu bir həqiqətdir ki, Xəzər hövzəsinin enerji təhlükəsizliyi ABŞ-ın xarici siyasətində prioritet olduğundan Azərbaycanın başlatdığı qərbyönümlü enerji siyasəti Vaşinqtonun maraqlarına uyğundur. Ölkəmizin qətiyyətli enerji siyasəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafında təkanverici amilə çevrilib. ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olduğunu, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəklədiyini söyləyib.

Göründüyü kimi, dünyanın super dövləti olaraq ABŞ İlham Əliyevin yürütdüyü müstəqil siyasətə öz dəstəyini nümayiş etdirir, Azərbaycan Prezidentinin qlobal miqyaslı təşəbbüslərini alqışlayır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 2 iyun.- S.4.