Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 1-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
BP tərəfindən Azərbaycanda
həyata keçirilən layihələrin əhəmiyyəti
vurğulanıb. Bu kontekstdə işğaldan azad olunmuş ərazilərdə günəş
elektrik stansiyasının inşası ilə
bağlı BP şirkəti ilə aparılan
danışıqlara toxunulub.
Azərbaycan.-
2022.- 2 iyun.- S.4.