Baş nazirin müavini
Şahin Mustafayev
Rusiyanın Perm vilayətinin nümayəndə
heyəti ilə görüşüb
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyunun 1-də Rusiya Federasiyasının Perm vilayətinin qubernatoru Dmitriy Maxoninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin ticari-iqtisadi, investisiya, nəqliyyat, tranzit, humanitar və bir çox digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı təmasların ikitərəfli əlaqələrin inkişafına müsbət töhfə verdiyi bildirilib.
Eyni zamanda, iki ölkə arasında müxtəlif istiqamətlərdə uğurla həyata keçirilən müştərək layihələrin əhəmiyyəti qeyd edilib.
Azərbaycanın Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Perm vilayəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib.
2021-ci ilin dekabrında Perm vilayətinin rəsmi nümayəndə heyətinin Azərbaycana səfərinə toxunulub, səfər zamanı bir sıra işgüzar görüşlərin keçirildiyi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə edildiyi vurğulanıb.
Perm vilayətinin Aqroekspress layihəsi çərçivəsində
Rusiyada malların qəbulu və göndərilməsi
üzrə pilot ərazilərdən biri kimi müəyyənləşdirildiyi
nəzərə alınaraq, nəqliyyat-tranzit sahəsində
əməkdaşlığın inkişaf
perspektivlərinə dair fikir
mübadiləsi aparılıb.
Azərbaycan.- 2022.- 2 iyun.- S.5.