Aleksey Tulbure: “Prezident İlham Əliyev
beynəlxalq prinsiplərin qorunması məsələsində
örnəkdir”
Azərbaycan və Moldova arasında diplomatik münasibətlər qurulandan bəri həmişə yaxşı münasibət olub, hər hansı problem yaşanmayıb. Ancaq hesab edirəm ki, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün daha yaxşı potensial mövcuddur. Bu, daha çox iqtisadi və enerji sahələrinə aiddir. Nəzərə alsaq ki, regionda yeni vəziyyət yaranıb, hazırda enerji sahəsində əməkdaşlıq daha da genişləndirilməlidir. Bu sahədə Azərbaycan Moldova üçün cəlbedici ölkədir.
Bu fikri AZƏRTAC-a məxsusi müsahibəsində siyasi analitik, Moldovanın BMT və Avropa Şurası yanında sabiq daimi nümayəndəsi Aleksey Tulbure söyləyib.
Siyasi ekspert bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev regionun inkişafına öz töhfəsini verməkdədir. Xarici siyasət, tərəfdaşlarına qarşı hörmət, beynəlxalq prinsiplərin qorunması, beynəlxalq öhdəliklərin yerinə yetirilməsində Prezident İlham Əliyev digərləri üçün yaxşı örnəkdir.
Aleksey Tulbure hesab edir ki, Moldovaya Azərbaycan kimi daha etibarlı, sabit tərəfdaş lazımdır.
“Moldova
Rusiyadan qazın tədarükü
baxımından tam asılı ölkədir.
Moldova enerji,
xüsusilə qaz tədarükü
baxımından Azərbaycanı potensial alternativ ölkə kimi görür. Təkcə Moldova
yox, Avropa ölkələri
də enerji resurslarının tədarükü
baxımından Azərbaycanı etibarlı, sabit
və alternativ ölkə kimi
görür”, - deyə Aleksey
Tulbure əlavə edib.
Azərbaycan.- 2022.- 2 iyun.- S.6.