Azərbaycan
nümayəndə heyəti Türkiyədə su idarə edilməsi prosesi
ilə tanış olub
Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində təcrübə mübadiləsinin aparılması məqsədilə Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri başlayıb.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Regionların inkişafı şöbəsinin müdir müavini İlqar Poladov, Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev, İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi sədrinin müşaviri Mehman Rzayev, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Meliorasiya və su təsərrüfatı istismarı şöbəsinin müdir müavini Qulu Kərimov və Sudan İstifadəedənlər Birlikləri üzrə iş sektorunun müdiri Akif Quliyev daxildirlər.
Kənd Təsərrüfatı
Nazirliyinin İctimaiyyətlə əlaqələr
və informasiya təminatı şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
30 may-4 iyun tarixlərini əhatə edəcək
səfər proqramı çərçivəsində
Türkiyənin Ankara, Urfa,
Qazientep, Manisa, İzmir və digər şəhərlərində
su idarə edilməsi ilə məşğul
olan qurum rəsmiləri, elmi-tədqiqat mərkəzləri
ilə görüşlər, sahə səfərləri nəzərdə
tutulub. İlk olaraq Türkiyənin Kənd Təsərrüfatı
və Meşəçilik Nazirliyinin
Dövlət Su İşləri İdarəsinin
müdiri Lütfi Akça və digər rəsmilərlə
görüş keçirilib.
Dövlət Su İşləri
İdarəsinin mütəxəssisləri tərəfindən
görülmüş işlər, idarəetmə
yanaşmaları, torpaqların konsolidasiya
olunması, suvarma sistemlərinin
qurulması, sudan istifadəedənlər
birliklərinin fəaliyyətləri barədə təqdimatlar
edilib.
Azərbaycan.-
2022.- 2 iyun.- S.9.