Rumıniya ilə iqtisadi əlaqələrin
genişləndirilməsi müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, enerji, nəqliyyat, ticarət və s. sahələrdə tərəfdaşlıq, SOCAR-ın Rumıniyada fəaliyyəti vurğulanıb, Rumıniya şirkətləri Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub.
Tərəflər
iqtisadiyyatın müxtəlif sahələri, o
cümlədən neft-qaz sahəsində əməkdaşlığın
gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri
müzakirə ediblər.
Azərbaycan.-
2022.- 3 iyun.- S.2.