Azərbaycan Respublikası Prezidentinin "Müstəqil Dövlətlər
Birliyinin iştirakçısı olan dövlətlərin nəqliyyatda cinayətkarlıqla
mübarizədə əməkdaşlığı
haqqında" Saziş üzrə səlahiyyətli
orqanların müəyyən edilməsi barədə"
2007-ci il 17 sentyabr tarixli 2391 nömrəli, "Azərbaycan
Respublikası Hökuməti və Mərakeş Krallığı
Hökuməti arasında ikitərəfli əməkdaşlıq
üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən
tərkibi haqqında" 2007-ci il 28 sentyabr tarixli 2413 nömrəli,
"2007-ci il avqustun
28-də Lyublyana şəhərində
imzalanmış "Azərbaycan Respublikası Hökuməti
və Sloveniya Respublikası Hökuməti arasında informasiya və
kommunikasiya texnologiyaları sahəsində
əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə" 2007-ci
il 12 noyabr tarixli 2497 nömrəli, "Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası arasında
əməkdaşlıq üzrə Birgə hökumətlərarası
komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi
haqqında" 2007-ci il 22 noyabr
tarixli 2505 nömrəli, "Azərbaycan
Respublikası ilə Avstriya Respublikası
arasında iqtisadiyyat, kənd təsərrüfatı,
sənaye, texnika və texnologiya
sahələrində əməkdaşlıq üzrə
Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən
yeni tərkibinin təsdiq
edilməsi haqqında" 2009-cu il 10 avqust tarixli 437 nömrəli
və "2009-cu il sentyabrın 23-də Nyu York şəhərində imzalanmış
"Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında
informasiya və kommunikasiya
texnologiyaları sahəsində əməkdaşlıq
haqqında Saziş"in
təsdiq edilməsi barədə" 2009-cu il 30 oktyabr tarixli
557 nömrəli sərəncamlarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında" Saziş üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 sentyabr tarixli 2391 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 9, maddə 893; 2017, ¹ 8, maddə 1521) 1-ci və 2-ci hissələrində "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 2413 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 9, maddə 914; 2009, ¹ 7, maddə 589; 2011, ¹ 6, maddə 520; 2012, ¹ 2, maddə 104; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644, ¹ 11, maddə 1414; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 8, maddə 1677; 2021, ¹ 7, maddə 817) 1-ci hissəsində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
3. "2007-ci il avqustun 28-də Lyublyana şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 2497 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 11, maddə 1141; 2014, ¹ 9, maddə 1027; 2017, ¹ 8, maddə 1521) 2-ci hissəsində "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 11, maddə 1148; 2009, ¹ 6, maddə 424; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644, ¹ 9, maddə 1027; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2017, ¹ 8, maddə 1521, ¹ 11, maddə 2107; 2021, ¹ 7, maddə 821) 1-ci hissəsində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
5. "Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 645; 2012, ¹ 2, maddə 102; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477, ¹ 6, maddə 644, ¹ 9, maddə 1027; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2017, ¹ 8, maddə 1521; 2021, ¹ 5, maddə 461) 1-ci hissəsində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
6. "2009-cu il sentyabrın 23-də Nyu York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 557 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 10, maddə 841; 2014, ¹ 9, maddə 1027; 2017, ¹ 8, maddə 1521) 2-ci hissəsində "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may
2022-ci il
Azərbaycan. - 2022.-3 iyun.- S.9.