Prezident Administrasiyasında
REAL Partiyasının sədri
ilə görüş
keçirilib
Yeni siyasi konfiqurasiyanın inkişafı çərçivəsində
iyunun 3-də Prezident Administrasiyasının Siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri
Ədalət Vəliyev
REAL Partiyasının sədri
İlqar Məmmədovla
görüşüb.
Prezident Administrasiyasının
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki,
görüş zamanı
şöbə müdiri
ölkəmizdə aparılan
iqtidar-müxalifət dialoqu,
siyasi islahatlar, icra və qanunvericilik
hakimiyyətləri arasında
əlaqələrin inkişafı,
siyasi plüralizm, dövlət-partiya və partiyalararası münasibət,
çoxpartiyalı siyasi
sistemin inkişafına
dövlət dəstəyi
barədə söz açıb, son bir neçə ildə yeni partiyalarla yanaşı, REAL Partiyasının
da dövlət qeydiyyatına alınması
və bugünkü legitim fəaliyyəti, Milli Məclisdə təmsilçiliyi haqqında
fikirlərini bildirib. Ölkə rəhbərliyinin
təşəbbüsü ilə formalaşdırılan
yeni siyasi konfiqurasiyanın nəticəsində
bu gün hər bir siyasi
partiya öz fəaliyyətində dövlət
qayğısını hiss edir. Doqquz yeni
siyasi partiyanın dövlət qeydiyyatına
alınması, partiyaların
qərargahlarla təmin
edilməsi, qurultaylarının
keçirilməsi və
nəticələrinin dövlət
qeydiyyatı, müxalif
siyasi şəxslərin
media resurslarına maneəsiz
çıxış imkanları,
siyasi partiyaların ümummilli məsələlərdə
həmrəylik nümayiş
etdirməsi, Vətən
müharibəsi dövründə
və ondan sonra 10 birgə bəyanat və müraciətə imza atması ölkəmizdə
çoxpartiyalı siyasi
sistemin, demokratik ənənələrin və
fikir azadlığının
inkişafının nəticəsidir.
Prezident İlham
Əliyevin “Dövlət
təşəbbüslərinin davamlılığı, çoxpartiyalı
sistemin formalaşması,
islahatçı kursa
sadiqlik, ölkədə
siyasi fəaliyyət üçün münbit
şəraitin dəstəklənməsi,
demokratik ənənələrin
inkişafı və
s. sadaladığım strateji
prioritetlərin icrası
prosesində siyasi partiya və vətəndaş cəmiyyəti
institutları fəal
mövqe tutmalıdır”
tezisini xatırladan şöbə müdiri bu fikirlərin siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına
çağırış olduğunu, xüsusən Milli Məclisdə təmsil olunan partiyaların bu çağırışa daha
yaxından qoşulmasının
əhəmiyyətini qeyd
edib.
İqtidar-müxalifət dialoqu çərçivəsində
görüşə dəvət
edildiyi üçün
təşəkkürünü bildirən REAL Partiyasının
sədri İlqar Məmmədov yeni siyasi konfiqurasiyanın inkişafı istiqamətində
atılan uğurlu addımlarla bağlı fikirlərini bölüşüb. Azərbaycanda aparılan uğurlu siyasi islahatlar nəticəsində siyasi
partiyaların fəaliyyətinin
genişləndiyini bildirən
partiya sədri bu gün ölkəmizdə
yaradılan və inkişaf etdirilən yeni siyasi konfiqurasiyanın
gələcəkdə dayanıqlı
siyasi sistemin formalaşmasına şərait
yaradacağını bildirib.
Sonda tərəflər
ölkəmizdə iqtidar-müxalifət
dialoqunun inkişaf perspektivlərini, Vətən
müharibəsindən sonra
yeni geosiyasi reallıqlar, partiyaların
beynəlxalq əlaqələrinin
gücləndirilməsi, Avropa
İttifaqı ilə
əməkdaşlıq çərçivəsində
Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin
edilməsi, Qarabağda
bərpa-quruculuq işləri
və başqa məsələlər haqqında
müzakirələr aparıblar.
Azərbaycan.-
2022.- 4 iyun.- S.2.