ABŞ Dövlət Departamenti: “Qarabağ müharibəsindən
sonra Ermənistanda antisemitizm artıb”
Azərbaycanın 2020-ci ilin payızında Qarabağ müharibəsində
İsrail silahlarından
istifadə etməsindən
sonra Ermənistanda antisemitizm, o cümlədən
ictimaiyyətin bəzi
nümayəndələri tərəfindən
edilən nifrət çıxışları və
törədilən vandalizm
aktları artıb.
AZƏRTAC xəbər
verir ki, bu barədə ABŞ Dövlət Departamentinin
2021-ci il üzrə Beynəlxalq
Din Azadlığı Hesabatında
bildirilib.
Qeyd olunub ki, bunu
Ermənistandakı yəhudi
icmasının bəzi
üzvləri və vətəndaş cəmiyyəti
təmsilçiləri təsdiqləyiblər.
Vurğulanıb ki, iyun ayında Ermənistanda parlament seçkiləri zamanı
müxalifət nümayəndəsi
“Yehovanın şahidləri”
təşkilatını və
“Word of Life” kilsəsini tənqid
edərək, onları
“sekta” adlandırıb.
Halbuki həmin dini qruplar özlərini heç vaxt “sekta” adlandırmayıb və ümumiyyətlə,
bu termin adətən mənfi mənalarda işlədilir.
Hesabatda, eyni zamanda, bildirilib
ki, fevralın 12-də
Holokost və Soyqırımı memorialı
2020-ci ildə baş vermiş müharibədən
sonra üçüncü
dəfə vandalizmə
məruz qalıb. Dini azlıqların
nümayəndələri vurğulayıblar
ki, ailədaxili və cəmiyyətdaxili təzyiqlər etnik ermənilərin erməni
apostol inancından başqa dinə etiqad etmələri üçün əsas maneə olaraq qalır.
Dövlət Departamentinin Azərbaycanla
bağlı hesabatında
isə qeyd olunub ki, minalar
səbəbindən azərbaycanlılar
işğaldan azad edilmiş ərazilərdə
bir çox məscid və dini ibadət yerlərini hələ də ziyarət edə bilmirlər.
Azərbaycan.-
2022.- 4 iyun.- S.3.