Milli təhlükəsizlik siyasətimizin prioritet sahələrindən olan ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib

 

Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biridir. Enerji təhlükəsizliyi dedikdə bütün ölkənin, vətəndaşların, cəmiyyətin, iqtisadiyyatın yanacaqenerji təchizatı ilə təmin olunması, kifayət qədər enerji tədarükünün əldə edilməsi vasitəsilə bu sahədə xaricidaxili təhdidlərdən müdafiəsi nəzərdə tutulur. Əslində, enerji təhlükəsizliyi məsələsi Birinci Dünya müharibəsi dövründən başlayaraq dünya dövlətlərinin əsas diqqət mərkəzində olmağa başlayıb. Son dövrlərdə isə bərpa olunmayan enerji mənbələrinin tükənməsi riski, bu səbəbdən həmin enerji mənbələrindəki artan yüksək qiymətlər, geosiyasi rəqabət, ölkələr arasında silahlı münaqişə həddinə gəlib çatan toqquşmalar, bu münaqişələrin bəzi ixracatçı ölkələrdə yaratdığı qeyri-sabitlik enerji təhlükəsizliyini bu gün dünya dövlətlərinin bir nömrəli gündəm mövzusuna çevirib. Hətta politologiya elmində belə bir fikir formalaşmağa başlayıb ki, gələcəkdə dövlətlərin dünya siyasətində aparıcı rol oynaması onların enerji ehtiyatlarına malik olub-olmaması ilə müəyyənləşəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.

Komitə sədri bildirib ki, ölkəmizin Milli Təhlükəsizlik Konsepsiyasında da enerji təhlükəsizliyinin təmin edilməsi prioritet sahələrdən biri kimi müəyyən olunub. Milli Təhlükəsizlik Konsepsiyasının 4.3.8-ci maddəsi enerji təhlükəsizliyi siyasəti adlanır və həmin maddədə qeyd edilir ki, Xəzər hövzəsinin Azərbaycan Respublikasına mənsub olan sektorunda yerləşən mövcud neftqaz yataqlarının, habelə perspektivli strukturların işlənməsi, istismarı, müasir neft-qaz özüllərinin tikintisi və quraşdırılması, əsas ixrac neftqaz boru kəmərlərinə, terminallarına olan təhdidlərin aşkarlanması, qiymətləndirilməsi və adekvat tədbirlərin görülməsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsinin ən mühüm fəaliyyət istiqamətlərindən biridir.

“Azərbaycanın enerji siyasəti sahəsində ilk uğurları şübhəsiz ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” adlandırdığımız, 1994-cü ildə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın ən iri neft şirkətləri ilə bağladığımız müqavilədən başlayır. Ötən müddət ərzində həm Ulu Öndərin, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə uğurlu fəaliyyətimiz durmadan artıb və Azərbaycan özünü enerji ehtiyatları ilə təmin etməkdə çətinlik çəkən ölkədən enerji ixrac edən ölkəyə çevrilib”, - deyə Z.Əsgərov diqqətə çatdırıb.

O deyib ki, bu gün Azərbaycanın enerji istehsalı, ixracı, daşınması sahəsində qazandığı uğurlar danılmazdır. Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı, “Şahdəniz” yatağının kəşfiyyatı, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tikintisi, Cənub Qaz Dəhlizinin uğurla tamamlanması sübut edir ki, biz artıq nəinki regional, eyni zamanda, qlobal enerji layihələrinin iştirakçısına və icraçısına çevrilmişik. Belə nəhəng enerji layihələrində iştirak ölkəmizin enerji ehtiyatlarını artırmaqla yanaşı, həm də Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığına çox müsbət təsir edir. Qardaş Türkiyə, qonşudost Gürcüstanla əməkdaşlığımız, enerji siyasətimizin bütün mərhələlərində bizə hər zaman böyük dəstək olan Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıqla əlaqələrimiz, Avropa Komissiyası ilə məhsuldar əməkdaşlığımız daha da möhkəmlənir. Bu il fevralın əvvəlində Avropa İttifaqının enerji məsələləri üzrə komissarının Bakıya səfəri Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqunda yeni dövrün başlanğıcı oldu.

Komitə sədri bildirib ki, 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdiyimizBöyük Qayıdışa start verdiyimiz dövlətimizin inkişafının bu yeni mərhələsində Azərbaycan enerji siyasəti sahəsində qarşıya yeni hədəflər qoyub. Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər NeftQaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu sahədə qarşımıza qoyduğumuz yeni inkişaf istiqamətləri ilə bağlı geniş məlumat verdi. Bu gün Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman olmadığı kimi böyükdür, biz bu imkanlardan ən faydalı şəkildə istifadə etməliyik. Qarşımızda duran hədəflərdən biri bərpaolunan enerji mənbələrindən istifadədir. Bu sahədə artıq biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur. Yeni dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolları, avtomobil yolları, hava limanları Azərbaycanın tranzit potensialından da daha səmərəli istifadəyə imkanlar yaradır. Bərpaolunan enerjiyə qoyulan sərmayə bizim qaz ehtiyatımıza qənaət edilməsinə və daha çox qaz ixrac etmək imkanımıza səbəb olacaq ki, nəticədə enerji diplomatiyasından əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızı, xüsusən də iqtisadiyyatımızın qeyri-neft sektorunu gücləndirməyə imkan verəcək. Əlbəttə, bütün bu uğurlar son nəticədə Azərbaycan xalqının, vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılmasına hesablanmışdır.

Bir məqamı da qeyd etməliyəm ki, belə böyük regionalqlobal layihələrin həyata keçirilməsi heçasan məsələ deyil. Əgər Azərbaycanda siyasi, iqtisadi sabitlik olmasaydı, enerjinin istehsalı və tranziti ilə bağlı lazımi infrastrukturlar tikilib qurulmasaydı, biz dünya dövlətlərinin etibarını qazana və belə nəhəng layihələrin icrasını həyata keçirə bilməzdik. Xüsusilə son dövrlərdə hətta dünyanın ən inkişaf etmiş ölkələrinin də iqtisadiyyatlarını böhrana məruz qoymuş pandemiya dövrünü yaşamağımıza və dövlətimizin Vətən müharibəsində iştirakına baxmayaraq, Azərbaycan hər zaman bütün layihələr üzrə öz öhdəliklərini vaxtında və ən yüksək səviyyədə yerinə yetirmişdir”, - deyən Ziyafət Əsgərov vurğulayıb ki, Azərbaycanın enerji istehsalı və ixracı, enerji təhlükəsizliyi sahəsindəki nailiyyətlərini Prezident İlham Əliyevin ölkəmizdə yaratdığı bu siyasiiqtisadi sabitliyə, qətiyyətli siyasi iradə nümayiş etdirdiyi xarici diplomatiyaya, dünya dövlətləri ilə qurduğu uğurlu əməkdaşlığa, Vətən və xalq sevgisinə borcluyuq.

 

Azərbaycan.- 2022.- 4 iyun.- S.3.