Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin
təsdiq edilməsi haqqında" 2018-ci il
13 mart tarixli 3784
nömrəli Sərəncamında
dəyişiklik edilməsi və "Azərbaycan
Respublikasının Gənclər Fondu
Müşahidə Şurasının tərkibinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə"
2018-ci il 29 avqust tarixli 444 nömrəli Sərəncamının
ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 3, maddə 509, ¹ 8, maddə 1778) 1-ci hissəsi ilə təsdiq edilmiş Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilsin:
"Müşahidə Şurasının sədri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
Azərbaycan Respublikası
gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
"Azərbaycan Tələbə Gənclər Təşkilatları" İttifaqının sədri
Azərbaycan Könüllü Təşkilatları İttifaqının İdarə Heyətinin üzvü
"Azərbaycanlı Tələbələr və Məzunlar Platforması"nın İdarə Heyətinin üzvü.".
2. "Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli 444 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 8, maddə 1778) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun
2022-ci il
Azərbaycan.- 2022.- 8 iyun.- S.2.