Gəncədə şəhid ailələri və
müharibə iştirakçıları ilə görüş keçirilib
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət qurumları şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də bu kateqoriyadan olan vətəndaşlar daim diqqət mərkəzində saxlanılır.
Bu günlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri ilə görüşərək onların müraciətlərini fərdi qaydada dinləmişdir.
Görüşdə işlə təminat, qeyri-yaşayış sahəsinin layihələndirilməsi, fərdi yaşayış evinin təmiri, müalicə və digər məsələlər müraciətlərin əsasını təşkil edib.
Səsləndirilən bir çox məsələlər yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək tapşırığı verilib.
Qəbulda müraciət edən şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Sabir ƏLİYEV
Azərbaycan.- 2022.- 8 iyun.-
S.5.