Azərbaycan Prezidentinin köməkçisi BMT Baş Assambleyasının sədri ilə görüşüb

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sədri Abdulla Şahid ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın daim çoxtərəfli diplomatiyanı dəstəklədiyi vurğulanıb və Qoşulmama Hərəkatının sədri kimi bu istiqamətdə gördüyü işlər müzakirə edilib.

Xatırladaq ki, BMT-nin protokol qaydalarına əsasən, rəsmi görüşlərdə BMT-ninbu təşkilatın rəhbər vəzifəli nümayəndəsinin təmsil etdiyi dövlətin bayraqları qoyulur.

 

Azərbaycan.- 2022.- 10 iyun.- S.4.