Beynəlxalq avtomobil federasiyasının prezidenti Heydər Əliyev mərkəzini ziyarət edib

 

 

Beynəlxalq avtomobil federasiyasının prezidenti Məhəmməd ben Sulayem paytaxtda Heydər Əliyev mərkəzini ziyarət edib. Allsport.az saytı xəbər verir ki, o, öncə ümummilli liderin xidməti istifadəsində olmuş avtomobillərə baxıb, muzeydə onun həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən videofotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olub.

“Azərbaycan inciləri: tarixin axarında”, “Musiqi alətləri: birlik və müxtəliflik”, “Kukla incəsənətdə” sərgilərində olan FIA prezidenti Mərkəzdə nümayiş etdirilən klassik avtomobillərə də baxıb.

Fİ prezidenti azərbaycanlı həmkarı Anar Ələkbərovla məktəblilər arasında “Gələcəyin ekoloji avtomobili” virtual rəsm müsabiqəsinin qaliblərini diplomlarla təltif ediblər.

 

Azərbaycan.-2022.- 12 iyun.- S.2.