Müttəfiqlik Qarşılıqlı
Fəaliyyəti barədə
Bəyannamənin imzalanması
Azərbaycan-Rusiya əlaqələrinin
yüksək səviyyəsini
təsbit edir
Rusiya Federasiyasının Prezidenti
Zati-aliləri cənab
Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç.
Dövlət bayramınız – Rusiya Günü münasibətilə
səmimi təbriklərimi
və ən xoş arzularımı qəbul edin.
Xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq və mehriban qonşuluq telləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının və çoxplanlı əməkdaşlığının davamlı inkişafının
etibarlı əsasıdır. Ölkələrimizin ikitərəfli gündəlikdəki
məsələlərin geniş
spektri üzrə qarşılıqlı fəaliyyəti
xüsusi məmnunluq doğurur.
Cari ilin fevral ayında
Müttəfiqlik Qarşılıqlı
Fəaliyyəti barədə
Bəyannamənin imzalanması
son otuz il
ərzində yaranmış
dövlətlərarası əlaqələrimizin yüksək
səviyyəsini təsbit
edib.
Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər
xalqlarımızın və
ölkələrimizin rifahı
naminə birgə səylərimizlə bundan
sonra da durmadan möhkəmlənəcək
və genişlənəcək.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı,
xoşbəxtlik və
uğurlar, Rusiyanın
dost xalqına əmin-amanlıq
və firavanlıq arzu edirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyun
2022-ci il
Azərbaycan.-2022.- 14 iyun.- S.1.