Neftçala rayonunun Neftçala-Xol Qaraqaşlı-Şorsulu (7 km)-Həsənabad-Neftçala və Bankə-Beştalı avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Otuz səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 10 kilometr olan Neftçala-Xol Qaraqaşlı-Şorsulu (7 km)-Həsənabad-Neftçala və Bankə-Beştalı avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon (üç milyon doqquz yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2022-ci il

Azərbaycan.-2022.- 14 iyun.- S.5.