"Formula
-1" Azərbaycan Qran-Prisi başa çatdı
İyunun
12-də Bakı şəhər halqasında Formula 1 üzrə
dünya çempionatının səkkizinci – Azərbaycan
Qran-Prisinin əsas yarışına start verilib.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə Qran-Prinin
açılış mərasimi keçirilib.
Açılış
mərasimində “Lumineux” vokal xor ansamblı Azərbaycan
Respublikasının Dövlət Himnini ifa edib.
Himnin ifası zamanı “SOS Uşaq Kəndləri Azərbaycan” təşkilatı tərəfindən qayğı göstərilən, valideyn himayəsindən məhrum uşaqlar əllərində pilotların fotoşəkilləri olan lövhələr tutublar. Uşaqların Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin növbəti sosial məsuliyyət yönümlü fəaliyyətində iştirakı böyük maraqla qarşılanıb. 1999-cu ildə yaradılmış “SOS Uşaq Kəndləri Azərbaycan” təşkilatı valideyn himayəsindən məhrum uşaqlar üçün ailələr yaratmaqla onlara öz gələcəklərini qurmaqda kömək edir.
Açılış mərasimindən sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.
Formula 1 yarışında
hər biri iki pilotdan ibarət 10 komanda
mübarizə aparıb. Pilotlar Bakı şəhər
trekində 51 dövrə vurublar. Qran-Pridə
“Mercedes” komandasının heyətində
Luis Hamilton və Corc Rassel, “Ferrari”
komandasında Karlos Sayns
və Çarls Lekler,
“Williams”ın heyətində Aleksander Albon və Nikolas Latifi yarışıblar. “Red
Bull Racing” komandasında
Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparıblar. Bundan
başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Daniel Rikkardo və Lando Norris
yürüşdə iştirak ediblər.
Pilotlar Mik Şumaxer və Kevin Maqnussen “Haas”, Sebastian Fettel
və Lans Stroll “Aston
Martin” komandasının idman
şərəfini qoruyublar.
İki saata yaxın davam edən yürüşdə
bütün rəqiblərini
geridə qoyan “Red Bull
Racing” komandasının niderlandlı
pilotu Maks Ferstappen (1:34:05.941) Formula 1 Azərbaycan
Qran-Prisinin qalibi olub. Onun komanda yoldaşı
meksikalı Serxio Peres
yarışı (+20.823s) ikinci
sırada başa vurub. “Mersedes”
komandasının britaniyalı
pilotları Corc Rassel (+45.995s) üçüncü,
Luis Hamilton (+71.679s) dördüncü olublar. İlk beşliyi “Alphatauri”
komandasının fransalı
sürücüsü Pyer
Qasli (+77.299s) tamamlayıb.
İlk beşlikdə qərarlaşan
pilotlar aktivlərinə
müvafiq olaraq, 25,
19, 15, 12 və 10 xal yazdırıblar.
Maraqlı idman mübarizəsi
şəraitində keçən
Qran-Pridə 5 sürücü
– Karlos Sayns, Şarl Lekler (hər ikisi “Ferrari”), Cou Quanyu (“Alfa Romeo”), Kevin Maqnussen (“Haas”) və Lans Strol (“Aston Martin”) bolidlərdə yaranan texniki nasazlıq nəticəsində mübarizəni
erkən dayandırıblar.
Formula 1 Azərbaycan Qran-Prisi
başa çatdıqdan
sonra qaliblərin mükafatlandırılması mərasimi
keçirilib.
Qran-Prinin
qalibi “Red Bull Racing” komandasının
və niderlandlı
pilot Maks Ferstappenin şərəfinə Niderlandın
və Avstriyanın Dövlət himnləri səsləndirilib.
Sonra qaliblərə
kuboklar təqdim olunub.
Qran-Prinin qalibi Maks Ferstappenə
kuboku Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizov təqdim edib.
“Red Bull Racing” komandasının nümayəndəsinə kubok
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti,
ralli üzrə keçmiş pilot Mohammad ben
Sulayem tərəfindən
təqdim olunub.
Qran-Pridə ikinci yeri tutan Serxio Peresə
(“Red Bull Racing) kuboku gənclər
və idman naziri Fərid Qayıbov, üçüncü
pillədə qərarlaşan
britaniyalı Corc Rasselə (“Mersedes”) isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti
Anar Ələkbərov
təqdim ediblər.
Formula 1 Azərbaycan Qran-Prisinin
kubokları Şuşanın
270-ci ildönümünə həsr olunub.
Xatırladaq edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə
iyunun 10-da start verilib. Azərbaycan Qran-Prisinin
ilk günündə Formula 1 pilotları birinci və ikinci sərbəst yürüşlərdə
mübarizə aparıblar.
Hər iki yürüşdə pilotlar 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Birinci sərbəst
yürüşü “Red Bull Racing” komandasının pilotu Serxio Peres lider kimi tamamlayıb. “Ferrari”nin üzvü
Şarl Lekler ikinci, “Red Bull Racing”in digər pilotu Maks Ferstappen isə üçüncü
olublar. İkinci
sərbəst yürüşdə
“Ferrari”nin pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing” komandasının üzvləri
Serxio Peres və Maks Ferstappen ilk üçlükdə yer
alıblar. İyunun
11-də keçirilmiş üçüncü
sərbəst yürüşdə
“Red Bull Racing” komandasının pilotu Serxio Peres birinci, “Ferrari”nin üzvü Şarl Lekler ikinci, “Red Bull Racing”in digər pilotu Maks Ferstappen
isə üçüncü
yeri tutublar. Sıralama turunda isə “Ferrari”nin
pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing” komandasının pilotları
Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar.
Bu turun nəticələrinə
əsasən, əsas
yarışda pilotların
düzülüşü müəyyənləşib.
Formula 1 üzrə dünya
çempionatının cari
mövsümü 22 mərhələdən
ibarətdir. Qran-Prinin səkkizinci mərhələsinə
Bakı ev
sahibliyi edir. Altı kilometr uzunluğu olan və saat əqrəbi
istiqamətinin əksinə
hərəkət edən
trek məşhur almaniyalı
memar Hermann Tilke tərəfindən hazırlanıb.
Azadlıq meydanından
başlayan trek Hökumət
Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün
İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər
prospektinə çıxaraq
başlanğıc yerində
sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi
trekin İçərişəhər
ətrafında olan hissələrində, o cümlədən
7-ci və 8-ci döngələrdə
7,6 metr təşkil
edir.
Builki dünya çempionata martın 18-20-də Bəhreyn
Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanı,
Avstraliya, İtaliya,
ABŞ, İspaniya və
Monakoda keçirilib.
Mövsümün səkkizinci
– Azərbaycan Qran-Prisindən
sonra pilotların siyahısına Bakıdakı
yürüşün qalibi
olan “Red Bull Racing” komandasının
niderlandlı sürücüsü
Maks Ferstappen başçılıq edir.
O, Bakıda qalib gəlməklə xal ehtiyatını 150-yə çatdırıb.
Ferstappenin komanda yoldaşı
Serxio Peres Bakıda ikinci yeri tutmaqla
Azərbaycan Qran-Prisində
mübarizəni başa
çatdıra bilməyən
Şarl Lekleri
(“Ferrari”) qabaqlayıb – 129 xal.
Bakıda aktivinə xal
yazdıra bilməyək
Ş.Lekler 116 xalla üçüncü pillədədir.
Formula 1 Azərbaycan Qran-Prisində üçüncü
yeri tutan britaniyalı Corc Rassel (“Mersedes”) 99 xalla dördüncüdür.
“Ferrari”nin ispaniyalı pilotu Karlos Sayns isə
Bakıdakı yarışla
erkən vidalaşsa da, siyahıdakı mövqeyi dəyişməyib.
O, 83 xalla beşincidir.
Formula 1 Azərbaycan Qran-Prisinin ən yaxşı sürücüsü
elan olunan Luis Hamilton isə 62 xalla altıncı sıradadır.
“Red Bull Racing” komandası pilotlarının Bakıda
ilk iki yeri tutması sayəsində aktivinə 44 xal yazdıraraq Konstruktorlar kubokunda liderliyini daha da gücləndirib. Hazırda bu
komandanın 279 xalı
var. “Ferrari” Azərbaycan Qran-Prisində
xal qazana bilməsi də ikinci sıradakı mövqeyini qoruyub - 199 xal. Bakıda 27 xal qazanan
“Mercedes” komandası 161 xalla
üçüncü pillədə
yer alıb. Sonrakı yerlərdə “Maklaren”
(65), “Alpine Reno” (47), “Alfa Romeo” (41), “Apfatauri”
(27), “Haas Ferrari” (15), “Aston Martin” (15) və
“Uilliyams” (3) komandaları
qərarlaşıblar.
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində
Bakıda Formula 2 yarışları da keçirilib. Bu
yarışda hər biri iki
pilotla təmsil olunan
11 komanda birincilik uğrunda mübarizə aparıb. İyunun 10-da keçirilmiş
sərbəst yürüş “Hitech Grand Prix”
komandasının estoniyalı pilotu Yuri Vipsin qələbəsi
ilə başa çatıb. İlk üçlüyü
“Carlin” komandasının üzvü
Liam Louson və “Hitech Grand Prix” komandasının pilotu
Markus Armstronq
tamamlayıblar. Həmin gün keçirilmiş sıralama
yürüşündə “Hitech Grand Prix” komandasının
estoniyalı pilotu Yuri
Vips qalib adını
qazanıb. “Carlin”
komandasının üzvü
Liam Louson ikinci, “Prema Racing”in pilotu Dennis Hauqer üçüncü yeri
tutublar. İyunun 11-də
keçirilmiş Formula 2 üzrə
sprint yürüşündə “ART Grand
Prix” komandasının pilotu
Frederik Vesti birinci, “Prema Racing”dən Cehan Daruvala ikinci, “Carlin” komandasının sürücüsü
Liam Louson isə üçüncü olublar.
İyunun 12-də isə
Formula 2 üzrə 29 dövrədən
ibarət əsas 29 “Prema Racing” komandasının
pilotu Dennis Haugerin qələbəsi ilə başa çatıb.
“Carlin” komandasının pilotu
Logan Sargeant ikinci, “MP Motorsport”un sürücüsü
Felipe Druqoviç üçüncü
yeri tutublar. On dörd mərhələdən
ibarət Formula 2 yarışına
noyabrın 18-20-də Əbu-Dabidə
yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan
Formula 1 yarışlarına altıncı dəfədir
ev sahibliyi
edir. Avropa Qran-Prisi adlandırılan
ilk yarış 2016-cı ildə
təşkil olunub.
Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci
olub. Növbəti
ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda
Daniel Rikkardo (“Red Bull Racing” - 2017), Lusi Hamilton (“Mercedes” - 2018), Valtteri
Bottas və Luis
Hamilton (“Mercedes” - 2019), Serxio Peres (“Red Bull
Racing” – 2021) qalib gəliblər.
2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.
Dünya
çempionatının Azərbaycan
mərhələsində hər
il müxtəlif
pilotlar qalib gəlib. Builki Qran-Pridə də
Maks Ferstappen Bakıda ilk qələbəsini
qazanıb. Azərbaycan Qran-Prisinin
nəticəsinin gözlənilməzliyi
onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna
“Bakı sindromu” adı veriblər.
Formula 1 üzrə dünya
çempionatının növbəti
– doqquzuncu Qran-Prisi iyunun 17-19-da Kanadada keçiriləcək. Çempionata noyabrın 18-20-də Abu-Dabidə
keçiriləcək 22-ci Qran-Pri ilə yekun vurulacaq.
Azərbaycan.-2022.- 14 iyun.- S.8.