Heydər Əliyev: epoxa və şəxsiyyət

 

Tarix yalnız dövr və zamanların bir-birini əvəzləməsi deyil. Tarix Yer üzündə yaşamış və köçüb getmiş dahi insanların, böyük şəxsiyyətlərin portretlər qalereyasıdır. Müdriklər belə düşünürlər... Düşüncəmizə görə insanlar fəaliyyətləri, gördükləri işlərlə öz portretlərini yaradırlar...

Təqvimin müəyyən günləri var ki, həmin günlər zamanın, tarixin simasını və ruhunu ifadə edir. 15 iyun da Azərbaycanın müasir tarixində belə günlərdən biri kimi dəyərləndirilir. Həmin gün Ulu Öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürmüşuğurla həyata keçirmişdir.   

Heydər Əliyev Tanrının xalqımıza sevgisi, mərhəməti və lütfüdür. Heydər Əliyev möhtəşəm rəhbər, böyük xilaskardır.

Qayəsi: xalqına, vətəninə və dövlətinə xidmət...

Prinsipləri: ədalət, sədaqət, ləyaqət...

Özəllikləri: uzaqgörənlik, güclü iradə, fenomenal yaddaş, qətiyyət... Liderlik qabiliyyəti ilə idarəetmə ustalığını özündə birləşdirmək bacarığı...

Onun şəxsiyyəti haqqında cild-cild kitablar yazılıb, filmlər çəkilib, elmi araşdırmalar aparılıb. Hələ uzun illər sonra da Ulu Öndərin irsinin öyrəniləcəyi, haqqında əsərlər yazılacağı, siyasi və rəhbərlik fəaliyyətinin özəllikləri ilə bağlı elmi tədqiqatların aparılacağı şübhəsizdir.

Heydər Əliyevin siyasət və dövlətçilik fəaliyyəti məktəb yarada bilməsi ilə səciyyələnir. Tarixdə öz yolu, öz dəst-xəti olmaq, başladığı işi uğurla başa çatdırmaq, öz erasını yaratmaq çox az xalqlaranadir siyasətçilərə nəsib olan xoşbəxtlikdir.

Yeni bir era yaratmaq çox az, yalnız nadir şəxsiyyətlərə nəsib olan unikal hadisədir. Məhz həmin şəxsiyyətlər öz qüdrətli dühaları ilə tarixi inkişafa və proseslərə böyük təkan verir, tükənməz enerjiləri və aydın zəkaları ilə tarixin yaradıcılarına çevrilirlər. Ümummilli Lider Heydər Əliyev məhz belə tarix yaradan, tarix yazan böyük şəxsiyyətlərdəndir.

Tale elə gətirib ki, zaman-zaman dağıdılmış və bərbad edilmiş iqtisadiyyatı yenidən qurmaq, sosial və mədəni həyatı bərpa etmək, aşınmaya məruz qoyulmuş əxlaqi dəyərləri saflaşdırmaq, saxtalaşdırılmış tarixi qara ləkələrdən təmizləmək, ölkəsinin real müstəqilliyini təmin etmək və ona əbədilik qazandırmaq missiyasını Tanrı Ulu Öndərin çiyinlərinə qoyub.

1969-cu ildə, respublikaya birinci rəhbərliyi dövründə də belə olub, xalqın çağırışına səs verərək Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmək üçün hakimiyyətə ikinci dəfə qayıdışında da...

Ulu Öndər hadisələri qabaqlamağı bacaran, olacaqları öncədən görüb qətiyyətli tədbirlər görmək qüdrətində olan nadir dövlət adamı idi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra xalqımızın başına gələn bəlalardan, vətənin parçalanmasından və dövləti məhvolma təhlükəsindən Ulu Öndərin zəngin təcrübəsi, uzaqgörən siyasəti və şəxsi nüfuzu xilas etdi.    

1990-cı illərin əvvəllərində ölkəmizə uzanan xain əllər, pis niyyətlər, idarəetmədə naşılığın, təcrübəsizliyin, eləcə də Azərbaycanın müstəqilliyini istəməyən xarici güclərin dəstəyi ilə baş qaldıran separatçılıq, hakimiyyət dartışmaları, vətəndaş müharibəsi həddinə çatdırılmış silahlı qarşıdurma və hakimiyyətdə yaranmış pərakəndəlik və xaos Heydər Əliyevin müdrik siyasəti, uzaqgörənliyi və zəngin idarəetmə təcürbəsi və şəxsi nüfuzu hesabına aradan qaldırıldı. Əslində, mane olmaq istəyirdilər, gücləri çatsaydı, bacarsaydılar, bu möhtəşəm dönüşün qarşısını alardılar... Bacarmadılar...

Hakimiyyətə gəlişindən sonra ölkəmizin siyasi-iqtisadi, mədəni həyatında bir təkamül başladı. İlk növbədə ordu quruculuğuna münasibət dəyişdi. Ayrı-ayrı siyasi cərəyanlara, separatçı qüvvələrə, məkrli ambisiyası olan müxtəlif adamlara xidmət edən silahlı birləşmələr ləğv edilərək nizami Azərbaycan Ordusu formalaşmağa başladı. Hər sahədə əsaslı tədbirlər görüldü, kadr islahatları aparıldı. Peşəkar zabit kadrlarının hazırlanması, təhsil almaları üçün ciddi işlər həyata keçirildi. Qardaş dövlətlərin bu sahədəki təcrübəsi öyrənilərək tətbiq edilməyə başlanıldı.

 1993-cü il iyunun 24-də Heydər Əliyev Azərbaycan Prezidentinin səlahiyyətlərinin icrasına başladı.

 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. "Əsrin müqaviləsi" adlandırılan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın yeni neft strategiyası uğurla həyata keçirilməyə başladı. Müqavilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.

Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan "Əsrin müqaviləsi" üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. Təkcə bir faktı qeyd edək ki, 1996-2001-ci illərdə ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 717-dən 1974-ə, müəssisələrdə çalışanların sayı isə təxminən 15 min nəfərdən 25 min nəfərə çatmışdır.

Azərbaycan idxalatçı ölkədən ixracatçı ölkəyə çevrildi. Beynəlxalq əlaqələr möhkəmlənməyə başladı. Dövlətimizin müstəqilliyini təhdid edən ölkələr Heydər Əliyevlə bir masa arxasında oturub problemlərin danışıqlar yolu ilə həllini anlamalı oldular.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. 1996-cı ildə Lüksemburqda Avropa İttifaqı ilə tərəfdaşlıq əməkdaşlıq haqqında saziş imzalandı.

İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən Ümummilli Liderin 1998-ci ildə imzaladığı "İnsan vətəndaş hüquqlarının azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti konsepsiyası müəyyən edildi, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.

14 iyul 1998-ci ildə ölkəmizdə Konstitusiya Məhkəməsi yaradıldı. Vətəndaşların hüquq azadlıqlarının daha təminatlı olması məqsədilə üçpilləli məhkəmə sisteminə keçildi. Eyni zamanda "Məhkəmələr hakimlər haqqında",  "Prokurorluq haqqında", "Polis haqqında" qanunlar qəbul edildi.

Söz mətbuat azadlığı təminatı sahəsində mühüm nailiyyətlər əldə olundu. Senzura ləğv edildi. Azad müstəqil mətbuatın inkişafı üçün yeni perspektivlər yaradan "Kütləvi informasiya haqqında" qanun qəbul olundu.

Ölkəmizdə ilk dəfə yerli özünüidarəetmə orqanlarının yaradılması da Ulu Öndərin adı ilə bağlıdır. Onun hakimiyyəti dövründə ölkədə bələdiyyələr yaradıldı, çoxpartiyalı sistem əsasında azad, demokratik seçkilər keçirildi.

Dövlət insan hüquqları sahəsində atdığı ən mühüm addımlardan biri, şübhəsiz ki, ölüm cəzasının ləğv olunmasıdır. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi Heydər Əliyev humanizminin təntənəsi kimi başa düşülməlidir.

Ömrünü xalqına, onun işıqlı sabahına həsr edən dahi şəxsiyyətin nüfuzu, gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz dönməz əbədi oldu.

Öz parlaq həyatından fəaliyyətindən bəhs edən Ulu Öndər deyirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü iradəmi yalnız müdrik qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib bütün uğurlarımı təmin edib".

Zaman ən ədalətli hakimdir. Vaxt keçdikcə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın yaşayıb inkişaf etməsi üçün gördüyü işlər xalqımızın bir millət kimi mövcudluğunu təsdiq etdi, dünya bizi öz adımızla tanıdı, dövlətimiz öz taleyinin sahibi oldu ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı dövləti qarşısında ən böyük xidməti isə müəyyənləşdirdiyi strateji inkişaf kursunun ardıcıllığını təmin etməkdir. Ulu Öndərlə hər zaman qürur duymaqda haqlıyıq.

 

Elşən QƏNİYEV

 

Azərbaycan.- 2022.- 15 iyun.- S.16.