"Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında"  Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi  sisteminin təkmilləşdirilməsi  haqqında"   Azərbaycan    Respublikası   Prezidentinin    2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 9, maddə 982) aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

"3-1. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi:

3-1.1. bu Fərmanın 3.1-ci bəndinə əsasən yaradılmış tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirsin və "Elektron hökumət" portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını təmin etsin;

3-1.2. tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər barədə məlumatların real vaxt rejimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Vahid Səhiyyə İnformasiya Sistemi"nə ötürülməsini təmin etsin.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2022-ci il

 

Azərbaycan. - 2022.- 11 iyun.- S.2.