Vətən borclu qalmır

 

Şəhid ailələri və qazilər dövlətin hər cür dəstəyi ilə əhatə olunmuşlar

 

Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı, əlillik sahəsində tətbiq olunacaq yeni meyarlara dair Dövlət Tibbi-Sosial EkspertizaReabilitasiya Agentliyi keçirdiyi mətbuat konfransında ətraflı məlumat vermişdir.

Qeyd edək ki, müharibədən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işlərini yerinə yetirmişdir. Yekun  mərhələ kimi Dövlət Tibbi-Sosial EkspertizaReabilitasiya Agentliyi müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparmış və  artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunmuşdur.

Mətbuat konfransında bildirilmişdir ki, ümumilikdə son 3 ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilmiş, 2021-ci ilcari il ərzində 91 min şəxsə əlillik təyin edilmişdir. Ümumiyyətlə, ölkəmizdə qazilərə xüsusi qayğıkeşliklə yanaşılır. Onların keyfiyyətli reabilitasiya xidmətləri ilə təmin edilməsi üçün son illər müasir tələblərə cavab verən 12 reabilitasiya müəssisəsi qurulmuşdur. Həmin mərkəzlərdə 2500 qaziyə səmərəli reabilitasiyasosial-psixoloji xidmətlər göstərilmişdir. Bu da postmüharibə dövründə kombataente sindromundan əziyyət çəkən qazilərimiz üçün ciddi dəstəkdir.

Bundan əlavə, 44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksəktexnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunmuş, 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin edilmişdir.

Ən vacib məqamlardan biri də 2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində yeni meyarların tətbiq olunmasıdır. Əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, yeni qaydalara əsasən orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının vəziyyəti əsas götürüləcək.

Dövlətin qazilər üçün tətbiq etdiyi yeniliklər bununla da bitmir. Çünki cari ilin 5 ayının göstəricilərində pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə 2 milyard 717 milyon manat vəsait ödənilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faizya 198 milyon manat çoxdur.

Bu yerdə onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tez-tez səyyar qəbullar və görüşlər keçirir. Məqsəd sosial müdafiəyə ehtiyacı olan insanları maksimum qayğıkeşliklə əhatə etmək, onların irad və şikayətlərinə zamanında reaksiya verməkdir. Məsələn, elə bir neçə gün əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Siyəzən rayonunda Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul etmiş, nazirliyin səlahiyyət çərçivəsinə daxil olan vətəndaş müraciətlərini dinləmiş, imkan daxilində zəruri tədbirlər görmüş, vətəndaş sorğuları ilə bağlı izahatlar vermişdir.

Ən maraqlı faktlardan biriodur ki, Vətən müharibəsindən sonra Dövlət Məşğulluq Agentliyi 12 mindən çox şəhid ailəsi və qazini aktiv məşğulluq proqramlarına cəlb etmişdir. Agentliyin sədri Mustafa Abbasbəyli postmüharibə dövründə nazirlik tərəfindən şəhid ailələri və qazilərlə bağlı icra olunan sosial dəstək paketinin artıq 100 min şəxsi əhatə etdiyini, onlara 190 min xidmət göstərildiyini bildirmişdir.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri bu gündavam edir. Qeyd etmək yerinə düşər ki, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan "Məşğulluq marafonu"na qoşulan 646 işəgötürən 4538 vakansiya təqdim etmiş, marafon çərçivəsində 2366 şəxs artıq işlə təmin olunmuşdur. Onlardan 1973 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.

Dövlət Tibbi EkspertizaReabilitasiya Agentliyinin sədri Anar Bayramov və Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bir neçə gün əvvəl bir qrup  Vətən müharibəsi qazisi ilə görüşmüşlər. Qazilər görüşdə ölkədə müharibə veteranları ilə bağlı ardıcıl həyata keçirilən sosial dəstək tədbirlərini razılıqla qarşıladıqlarını ifadə etmiş, bunu dövlətin artan qayğıkeşliyinin təzahürü kimi qiymətləndirmişlər.

Görüşdə bildirilmişdir ki, əlilliyin qiymətləndirilməsi prosedurları şəffaf və obyektiv, qəbul olunan qərarlar ədalətlidir. Yeri gəlmiçkən, bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox əlillik dərəcəsi təyin edilmişdir. Sonda onu qeyd edək ki, dövlətin və  cəmiyyətin qazilərimizə belə həssas yanaşması müsbət nəticələr verir. Qazilər belə görüşlərin ardıcıl təşkil olunmasını müsbət hal kimi dəyərləndirir və onların davam etdirilməsini istəyirlər.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2022.-11 iyun.- S.4.