Boris Tadiç: “Serbiya azad edilmiş
torpaqların bərpasında Azərbaycana dəstək verə
bilər”
Serbiya Azərbaycanın strateji tərəfdaşı kimi işğaldan azad edilmiş torpaqların bərpasında ölkənizə dəstək verə bilər.
Bu sözləri IX Qlobal Bakı Forumunun iştirakçısı, Serbiyanın sabiq Prezidenti Boris Tadiç AZƏRTAC-a müsahibəsində söyləyib.
Sabiq Prezident deyib: “Çox təəssüf ki, Serbiya enerji qovşağı deyil. Bu səbəbdən Serbiya Xəzər dənizinin təbii qazını Avropaya çatdıran, Azərbaycan və onun tərəfdaşları tərəfindən inşa edilən qaz kəmərlərinə qoşulmaq üçün interkonnektorlardan istifadə etməyə məcburdur.
Mən prezident
olarkən arzu edirdim ki, bütün qaz kəmərləri Serbiyadan
keçsin və ölkəmiz Cənub-Şərqi
Avropa üçün
enerji qovşağına çevrilsin”.
Azərbaycan.-
2022.- 17 iyun.- S.13.