Azərbaycanın və Rusiyanın xarici
işlər nazirləri arasında telefon
danışığı olub
İyunun 17-də Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov
arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər
ikitərəfli gündəliyin aktual məsələləri
ətrafında fikir mübadiləsi aparıblar.
Bölgədəki cari vəziyyəti,
o cümlədən Ermənistan və Azərbaycan arasında
münasibətlərin normallaşması məsələlərini
müzakirə edən tərəflər, üçtərəfli
bəyanatların tam icrasının vacibliyini
vurğulayıblar.
Telefon danışığı
zamanı müzakirələrin Rusiya xarici işlər
nazirinin Azərbaycana səfəri çərçivəsində
davam etdirilməsi razılaşdırılıb.
Azərbaycan.-
2022.- 18 iyun.- S.3.