Meymunçiçəyi pandemiya
elan edildi
Virus yayılmaqda davam edir
Meymunçiçəyi xəstəliyinin yayılması
getdikcə artır. Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) fövqəladə hallar komitəsinin ötən gün keçirilən iclasında
meymunçiçəyi pandemiya
elan edildi. İclasda qeyd olunub ki,
ölkələr xəstəliklə
mübarizə məqsədilə
qlobal əməkdaşlıq
etmədiyi təqdirdə
virus yayılmağa davam
edəcək.
Son olaraq Sinqapur və Cənubi Koreyada ilk yoluxma faktları aşkarlanıb ki, bununla da may ayından bəri virusa 43 ölkədə
2100-dən çox yoluxma
halı qeydə alınıb. Cənubi Koreyanın səlahiyyətli
qurumları meymunçiçəyini
dördpilləli sistem
üzrə ikinci dərəcəli yoluxucu xəstəlik kimi təsnifatlandırıb. ÜST-ün məlumatına görə, yoluxma hallarının 80 faizindən
çoxu Avropada aşkar edilib. Xəstəlik Şimali Amerika,
Cənubi Amerika və Avstraliyada da yayılıb. Xəstəliyə əsasən Mərkəzi
və Qərbi Afrika ölkələrinin
ucqar hissələrində
rast gəlinir. Afrikadan kənarda, həmin ərazilərə səyahət
etməyənlərdə də
meymunçiçəyi aşkarlanır.
Heyvanlar meymunçiçəyinin
daşıyıcıları ola bilər
Üzdə başlayan və bədənə yayılan
səpgiləri ilə
fərqlənən meymunçiçəyi
xəstəliyi insanlar
arasında lezyon və ya xoralarla
yaxın və ya birbaşa fiziki təmas olduqda ötürülür. Buna görə də infeksiyanın yayılma sürəti yüksək
deyil.
Böyük Britaniyanın Sağlamlıq
Təhlükəsizliyi Agentliyi
(UKHSA) İngiltərədə aşkar edilən və sürətlə yayılmağa davam edən meymunçiçəyi
virusunun yaratdığı
yeni təhlükəni
aşkarlayıb. Mütəxəssislər
meymunçiçəyi virusuna
yoluxmuş xəstələrin
21 gün ərzində
ev heyvanları
ilə təmasda olmamasını tövsiyə
edib. İndiyə qədər heç
bir heyvanda meymunçiçəyi virusunun
aşkar edilmədiyi bildirilsə də, dağsiçanının və
digər gəmirici heyvanların xəstəliyə
həssas olduğu deyilir. Uorvik Universitetinin professoru
Lourens Yanq deyir ki, virus heyvanlara ötürüldüyü
zaman insanlar arasında yoluxma hallarının sayı arta bilər. Çünki heyvanlar virusun
daşıyıcısı olurlar. Buna görə
də ev
heyvanlarını baytar
nəzarəti altında
saxlamaq vacibdir.
Meymunçiçəyi əleyhinə peyvənd lazımdırmı?
Azərbaycanda hələ ki meymunçiçəyinə yoluxma
faktı qeydə alınmayıb. Səhiyyə naziri Teymur Musayev də əhaliyə müraciət
edərək sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq durmağın mümkün
olduğunu deyib.
Nazir eyni zamanda meymunçiçəyinə
qarşı mövcud
olan peyvəndin kütləvi şəkildə
gətirilməsinə ehtiyac
olmadığını, Azərbaycanda
bu virusun geniş yayılmadığını
qeyd edib. O vurğulayıb ki, çiçək növlərinə
uyğun olan peyvəndlərin meymunçiçəyinə
qarşı qarşılıqlı
həssaslığı var.
Azərbaycanda əhalinin əksər hissəsi digər çiçək növlərinə
qarşı peyvənd
olunduğuna görə
yaşı 40-dan artıq
olan insanlar üçün meymunçiçəyinə
yoluxmaq qorxusu yoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının
Azərbaycan nümayəndəliyinin
rəhbəri Hande Harmancı da xəstəliyin insandan-insana
çətinliklə keçdiyini
bildirir. Onun sözlərinə görə, xəstəlik
müşahidə altında
saxlanmalıdır. O, Azərbaycan hökumətinin
xəstəliyin diaqnozu
üçün testlərin
alınması məqsədilə
ÜST-ə müraciət etdiyini və qısa zamanda minlərlə testin gətiriləcəyini də
bildirib.
Hande Harmancın əlavə edib: "Bütün əhalinin həmin xəstəliyə
qarşı peyvənd
olunması müzakirə
mövzusu deyil. Tədqiqatlar aparılır
və yüksək
risk qruplarını təmsil
edən insanların peyvəndlənməsi mümkündür".
Virus gizli dövr keçib
Ekspertlərin fikrincə, hazırkı yoluxma dalğasına qədər meymunçiçəyi
virusu bir müddət gizli dövr keçib. Onlar virusun
2017-ci ildən gizli yayıldığını istisna
etmirlər.
İndiyədək virusdan yalnız Nigeriyada bir ölüm halı qeydə alınıb. Lakin hər
bir vəziyyətə
hazır olmalıyıq.
Hər bir halda xəstəliyin
yayılmasının əsas
faktoru insan amilidir. Buna görə
sadə gigiyenik qaydalara əməl edərək lazım olduğu təqdirdə təmaslardan uzaq duraraq özümüzü
və insanları xəstəlikdən qorumalı,
geniş yayılmasının
qarşısını almalıyıq.
Əsmər QARDAŞXANOVA
Azərbaycan.-
2022.- 24 iyun.- S.8.