E.S.Rüstəmovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Elman Sirac oğlu Rüstəmov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2022-ci il

 

Azərbaycan.- 2022.- 29 iyun.- S.9.