"Əmək pensiyaları haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1."Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 208, ¹ 12, maddə 1019; 2007, ¹ 12, maddə 1194; 2008, ¹ 4, maddə 254, ¹ 6, maddə 464, ¹ 7, maddə 602, ¹ 8, maddələr 699, 710; 2009, ¹ 6, maddələr 395, 399, ¹ 11, maddələr 877, 879; 2010, ¹ 7, maddə 579; 2011, ¹ 4, maddə 267, ¹ 6, maddə 465, ¹ 7, maddə 597, ¹ 12, maddə 1109; 2012, ¹ 11, maddələr 1037, 1044; 2013, ¹ 3, maddə 223, ¹ 5, maddə 485, ¹ 6, maddələr 608, 614; 2015, ¹ 5, maddə 494; 2017, ¹ 5, maddə 676, ¹ 7, maddə 1289, ¹ 10, maddə 1776, ¹ 12 (I kitab), maddə 2193; 2018, ¹ 5, maddə 865, ¹ 12 (I kitab), maddə 2504; 2019, ¹ 2, maddə 205, ¹ 3, maddə 380, ¹ 5, maddələr 805, 808, ¹ 8, maddələr 1374, 1382, ¹ 11, maddə 1691, ¹ 12, maddə 1891; 2020, ¹ 7, maddə 829, ¹ 12 (I kitab), maddə 1451; 2021, ¹ 7, maddə 709, ¹ 8, maddələr 893, 899, ¹ 12, maddə 1332) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 1.0.1-1-ci maddə əlavə edilsin:
"1.0.1-1. şərti əmək pensiyası - ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı şəxsin vəfat etdiyi tarixə əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) münasibətdə hesablanan şərti pensiya məbləğidir;";
1.2. 1.0.18-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.19-cu maddə əlavə edilsin:
"1.0.19. əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar - əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlar.";
1.3. 8-ci maddə üzrə:
1.3.1. adı aşağıdakı redaksiyada verilsin:
"Uşaqlara görə güzəştli
şərtlərlə yaşa görə
əmək pensiyası hüququ olan şəxslər";
1.3.2. 8.1-ci maddəyə "doğub" sözündən sonra ", övladlığa və (və ya) qəyyumluğa götürüb" sözləri, "tərbiyə etmiş" sözlərindən sonra isə "və böyütmüş" sözləri əlavə edilsin və həmin maddədə "hər uşağa görə 1" sözləri "5" rəqəmi ilə əvəz edilsin;
1.3.3. 8.3-cü maddəyə "növbəti" sözündən əvvəl "və ya sağlamlıq imkanları məhdud uşağını" sözləri əlavə edilsin;
1.4. 9-cu maddə üzrə:
1.4.1. 9.1 - 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr aşağıdakı redaksiyada verilsin:
"9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
9.2. Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
9.3. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.";
"9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir:
9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər;
9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər;
9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər;
9.6.4. ali
zabit heyətinə
aid şəxslər.
9.7. Ədliyyə
orqanlarında xüsusi
rütbələr nəzərdə
tutulan vəzifələrdə
azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi
rütbələrdən məhrum
edilmiş ədliyyə
işçiləri istisna
olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.";
1.4.2. 9.8-ci maddədə
"9-cu" sözləri "9.1-ci"
sözləri ilə əvəz edilsin və həmin maddəyə "müvafiq
surətdə" sözlərindən
sonra "bu Qanuna uyğun olaraq" sözləri əlavə edilsin;
1.5. 14.4-cü maddə
aşağıdakı redaksiyada
verilsin:
"14.4. Bu Qanunun
18.2-ci və 18.3-cü maddələrinə
uyğun olaraq ailə başçısını
itirməyə görə
hesablanmış əmək
pensiyasının sığorta
hissəsinin ailə üzvünə düşən
məbləği "Sosial
müavinətlər haqqında"
Azərbaycan Respublikası
Qanununun
7.0.1 - 7.0.3-cü, 7.0.5-ci və ya 7.0.6-cı maddələrində
nəzərdə tutulmuş
sosial müavinətlərin
məbləğindən az
olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri
almaq hüququ olduğu halda, o, ailə başçısını
itirməyə görə
pensiya əvəzinə
müvafiq sosial müavinəti almaq hüququna malikdir.";
1.6. 18-ci maddə
üzrə:
1.6.1. 18.2-ci maddəyə
aşağıdakı məzmunda
üçüncü cümlə
əlavə edilsin:
"Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq
stajına görə
əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını,
yaxud bu Qanunun 14.4-cü maddəsinə
əsasən sosial müavinəti (ailə başçısını itirməyə
görə müavinət
istisna olmaqla) aldıqda ona ailə başçısının
itirilməsinə görə
düşən əmək
pensiyasının məbləği
digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği
yenidən hesablanır.";
1.6.2. 18.3-cü maddəyə
birinci halda "sığorta hissəsinin"
sözlərindən sonra "(bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla)"
sözləri və aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Vəfat etmiş ailə başçısının vəfat
etdiyi tarixə əmək pensiyasının
yenidən hesablanmasında
istifadə olunmamış
pensiya kapitalı ailə başçısını
itirməyə görə əmək
pensiyasının təyinatı
zamanı nəzərə
alınır.";
1.7. 20-ci maddə
üzrə:
1.7.1. 20.4-cü, 20.6-1-ci, 20.7-1-ci,
20.8-1-ci, 20.9-1-ci, 20.13-cü, 20.20-ci,
20.23-cü, 20.27-ci və 20.29-cu maddələrdə "almalı
olduğu" sözləri
"şərti əmək
pensiyası" sözləri
ilə əvəz edilsin;
1.7.2. 20.6-cı və
20.9-cu maddələrə "əmək pensiyasına"
sözlərindən sonra
"səlahiyyət müddətində
tam fəaliyyət dövrünə
görə (fəaliyyət
dövrü tam olmadıqda
isə natamam fəaliyyət dövründəki
iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)" sözləri
əlavə edilsin;
1.7.3. 20.15-ci maddədə
"maddədə" sözü
"Qanunun 20.14-cü maddəsində"
sözləri ilə əvəz edilsin;
1.8.
22-1.2.1-ci maddəyə "sığortaolunana" sözündən
sonra "(bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə
alınaraq həmin maddədə göstərilən
şəxslər də daxil olmaqla)" sözləri əlavə edilsin;
1.9. 34-cü maddə
aşağıdakı redaksiyada
verilsin:
"Maddə 34. Əmək pensiyasının
bir növündən
başqa növünə
keçirilmə
34.1. Əmək pensiyaçısının əmək
pensiyasının bir növündən başqa
növünə keçmək
hüququ vardır.
34.2. Əmək pensiyasının bir növündən başqa
növünə keçirilmə
bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin
edilməsi üçün
bu Qanunun 31.2-ci maddəsində göstərilən
sənədlərin təqdim
edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə
isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə
alınaraq ailə başçısına şəhid
statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.";
1.10. 37-ci maddə
üzrə:
1.10.1. 37.3.1-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"37.3.1. yaşa görə əmək pensiyasının
pensiya təyin olunan günədək qazanılmış sığorta
hissəsi tam məbləğdə
ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə
pensiya kapitalının
toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək
pensiyaçısı kateqoriyasına
keçdikdə və
ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən
sonra 6 il
işlədikdə əmək
pensiyası avtomatlaşdırılmış
qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində
nəzərdə tutulmuş
hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin
hesablanmasında gözlənilən
pensiya ödənişi
müddəti aylarının
sayı pensiyaçının
pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;";
1.10.2. 37.3.2-ci maddənin
ikinci cümləsinə
"olunduqdan" sözündən
sonra ", yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan" sözləri, "sığorta
hissəsi" sözlərindən
sonra isə "avtomatlaşdırılmış qaydada (bu Qanunun
37.3.2-1-ci maddəsində nəzərdə
tutulmuş hal istisna olmaqla)" sözləri əlavə
edilsin;
1.10.3. aşağıdakı
məzmunda 37.3.2-1-ci maddə
əlavə edilsin:
"37.3.2-1. Bu Qanunun
20-ci maddəsinə uyğun
olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin
əmək pensiyasının
sığorta hissəsinin
bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə
uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını
itirmiş ailə üzvünün müraciəti
əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir;";
1.11. 45-ci maddənin
ikinci cümləsi çıxarılsın.
Maddə 2. Keçid
müddəaları
2.1. Bu Qanunla
"Əmək pensiyaları
haqqında" Azərbaycan
Respublikası Qanununun
yeni redaksiyada verilmiş 9.1 - 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq
edilmir.
2.2. Bu Qanunun
1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının
yenidən hesablanmasına,
eləcə də həmin günədək
pensiya hüququ yaranmış şəxslərə
yaşa görə əmək pensiyasının
təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq
edilmir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 may 2022-ci il
Azərbaycan.- 2022.- 29 iyun.- S.9.