Son
20 ilin rekord daşqınları baş
verir
Ölkədəki leysan yağışları,
təbii fəlakətlər
indi problem yaratsa da, faydası da var
Bu il ölkədə
yağıntıların bol
olması çaylarda
sululuğu da artırıb. Çaylarda suyun səviyyəsinin
qalxması isə selə, daşqın hadisələrinə səbəb
olur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
(ETSN) məlumatına görə,
bu ilin iyun
ayında son 20 ilin rekord daşqınları müşahidə olunub. Əvvəlki
illərdə daha az sel və
daşqın hadisələri
baş versə də, bu ilin
iyun ayında əsasən şimal və qərb rayonlarında yağan intensiv leysan yağışları nəticəsində
respublika çaylarında
daha çox daşqın
və sel hadisəsi qeydə alınıb. Belə hadisələrin artması dəyişən
iqlim fonunda yağıntıların qeyri-bərabər
paylanması ilə izah olunur.
Ümumilikdə Azərbaycan ərazisi dünyada daha çox sel müşahidə edilən
zonalar sırasına daxil edilir. Respublika ərazisinin
təxminən yarısını
əhatə edən Böyük və Kiçik Qafqaz dağ sistemlərində sel hadisələrinin formalaşması daha intensiv baş verir. Ən çox sel
Böyük Qafqazın
cənub yamacında və Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq
ərazilərində baş
verir. Sellər çay suları
olan və olmayan dərələrdə
qəflətən yağan
şiddətli yağışlar
və ya temperaturun artması ilə qısa müddətdə əriyən
qar suları hesabına yaranır.
Ölkəmizdə yaranan sellərin
isə 85-87 faizi yağış suları hesabına formalaşır.
İyul
ayında da qısamüddətli daşqın və sel hadisələri gözlənilir
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev qəzetimizə
açıqlamasında deyib
ki, iyun ayında ölkə ərazisinə yağan intensiv leysan yağışları nəticəsində
Böyük və Kiçik Qafqazın bəzi çaylarından
qısamüddətli daşqın
və sel hadisəsi müşahidə
olunub. Onun sözlərinə görə, ən təhlükəli daşqın
hadisəsi Daşkəsən
rayonu ərazisindən
axan Gəncəçay-Alaxançallı
və Goranboy rayonu ərazisindən axan Gorançay-Yuxarı Ağcakənd məntəqələrində
qeydə alınıb.
Ümumiyyətlə, iyun ayında 18 daşqın
və sel hadisəsi qeydə alınıb ki, bu da son 20 ildə
ən yüksək göstəricidir.
Asif Verdiyev qeyd edir ki,
Gürcüstan ərazisində
Kür çayının
hövzəsinə yağan
intensiv yağışlar
nəticəsində iyunun
26-27-də Kür çayının
Tiflis məntəqəsində suyun səviyyəsi 2 metrə qədər artıb. Bu artım Azərbaycanda Kür çayının Ağstafa
rayonunun ərazisində
Qıraqkəsəmən məntəqəsində
də iyunun 27-28-də
özünü göstərib.
Bu müddət ərzində Qıraqkəsəmən
məntəqəsində suyun
səviyyəsi 187 santimetr
artıb və ən yüksək səviyyəyə çatıb.
Hidroloq bildirir ki, artıq iyunun 28-dən başlayaraq
bu günə kimi Kür çayının
Gürcüstan ərazisindən
keçən hissəsində
suyun səviyyəsində
azalma müşahidə
edilir. Həmin ərazidə iyunun 30-na kimi suyun səviyyəsi
154 santimetr, Azərbaycanda
isə iyunun 29-dan başlayaraq 30-na kimi suyun səviyyəsi 85 sm azalıb.
Hidrologiya
Mərkəzinin direktorunun
sözlərinə görə,
ötən ay müşahidə
edilən qeyri-sabit hava şəraiti iyun üçün o qədər də xas deyil: "Əvvəlki illərdə
bu qədər sel, daşqın hadisəsi qeydə alınmırdı.
Artıq yaz-yay gursululuq dövrü başa çatıb, hazırda çaylarda
müşahidə olunan
daşqın
və sel hadisələri yağan yağışlarla əlaqəlidir,
yəni yağış
daşqınlarıdır".
Asif Verdiyev vurğulayır ki, iyul ayında da Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli
daşqın və sel hadisələrinin müşahidə olunacağı
istisna edilmir.
İqlimdə baş verən
dəyişmələr dünya
su ehtiyatlarına təsir göstərir
AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları
şöbəsinin müdiri,
coğrafiya elmləri
doktoru, professor Rza Mahmudov qəzetimizə açıqlamasında bildirir
ki, bu gün
təbiətdə iki
əsas problem var: bunlar bir-biri ilə bağlı olan iqlim dəyişmələri
və su təminatı problemləridir.
Alim qeyd edir ki,
iqlimdə baş verən hər hansı dəyişmələr
dünya su ehtiyatlarına ciddi təsir göstərir.
XX əsrin sonlarında
qeyd edilmişdi ki, XXI əsrin əvvəllərində dövlətlər
xarici siyasətlərində
su problemini əsas gündəliyə
salacaqlar. Bu, indi, doğrudan da, baş verir.
Rza Mahmudov deyir ki, çayların il ərzində
müxtəlif rejimləri
olur. Daşqın rejimli çayların qidalanmasında 60-70 faiz yağış suları,
gursulu rejimdə isə 60-70 faiz qar suları iştirak edir: "Mart-aprel aylarında çaylarımızın quruması
ilə bağlı həyəcan təbili çalındı. Xüsusən Kür çayının
aşağı axınında
problemin böyük olduğu deyilirdi, amma bu, təkcə
Kür çayına
deyil, bütün çaylara, göllərə
aid məsələdir".
Professor bildirir ki,
Azərbaycanda, xüsusən
Bakı və Abşeronda may və iyun ayında digər ölkələrə
nisbətən havanın
temperaturu normadan aşağı olub. Bununla belə, çaylarda baş verən daşqın, gursululuq, sel hadisələri birbaşa iqlimin təsiridir. Bizim çaylarda daşqın bir rejimdir, hər
il olmalıdır,
təbii prosesdir. Amma bir il yağıntı az düşə, qar örtüyü az ola bilər,
həmin il azsulu dövr olur. Müəyyən illərdə, hətta
Mingəçevir su anbarı layihə həcmində doldurula bilmir. Daşqın və sel hadisələrinin həm səth, həm də yeraltı su ehtiyatlarının formalaşmasında müstəsna
rolu oldu. Bu gün Avropada,
xüsusən Almaniya,
İtaliya, İspaniyada
quraqlıqdır, çaylarda
suyun səviyəsi kəskin şəkildə
aşağı düşür,
böyük həyəcan
təbili çalınır.
Daşqınlar su anbarlarımızın
dolmasına səbəb
olur
Şöbə müdiri qeyd edir ki, Azərbaycan
az su
təminatlı ölkələr
sırasına daxildir,
belə olan halda isə atmosfer yağıntılarının
normadan çox olmasına sevinməliyik:
"Təbii ki, daşqın, sel hadisələrinin qarşısının
alınması üçün
tədbirlər görülməlidir.
Amma həmin sular eyni zamanda su
anbarlarımızın dolmasına
səbəb olur.
Bu il çoxsulu
illər sırasındadır.
Yağıntılar olmasaydı, məhsuldarlıq
aşağı düşəcək,
meşə zolaqlarımızın
su ilə qidalanması zəifləyəcək,
təbii meşə yanğınları artacaqdı".
Rza Mahmudov vurğulayır ki, bunlar hamısı təbiətdə baş verən proseslərin bir-birini tamamlayan kökləridir. Kür çayının aşağı axınında suyun səviyyəsinin artması yaxşı haldır. 1969-cu ildə Qıraqkəsəmən məntəqəsindən saniyədə 2714 kubmetr su keçirdisə, quraq illərdə bu göstərici 40-50 kubmetr aşağı düşür. Baş verən daşqın, sel hadisələri çayların məcrasından çıxmasına, səviyyəsinin artması ilə məcranın yuyulması təbii fəsadlara səbəb olur. Amma quraqlıq hadisəsini bununla müqayisə etmək mümkün deyil.
Professor deyir ki, ölkə ərazisinin 20-25 faizi sel təhlükəli ərazilərdir. Onun sözlərinə görə, normal halda selə ən çox məruz qalan ərazilər Şəki-Zaqatala, Naxçıvan, Böyük Qafqazın cənub-şərq yamacı, Kiçik Qafqazın bəzi çaylarıdır. Sel ilin istənilən vaxtında, hətta quru çay dərəsində intensiv qar əriməsindən və intensiv yağışlardan yarana bilər. Bu, hər il o qədər təhlükə törətmir. Seldən mühafizə üçün bəndlər tikilir, mühafizə qurğuları qoyulur, xəbərdarlıq olunur.
Rza Mahmudov gursululuq nəticəsində su anbarlarının dolmasına, səth və yeraltı suların formalaşmasına görə ən azı bu il su problemi ilə üzləşməyəcəyimizi deyir. Su problemi, iqlim dəyişmələri bəşəriyyətin yaranmasının, mövcudluğun əsasını təşkil edir. Bəşəriyyətin gələcəyi də bu iki problemin həllindən asılıdır.
Təhlillər göstərir ki, sel, daşqın, subasma hadisələri Azərbaycan iqtisadiyyatına zərər yetirən təbii fəlakətlərdəndir. Azərbaycan əhalisinin təqribən 1 milyon nəfəri sel təhlükəli rayonlarda yaşayır, 18 inzibati rayon ərazisində yerləşən 200-dən artıq yaşayış məntəqəsi, 300 km uzunluğa malik dəmir yolları, 1000 km-dən çox respublika əhəmiyyətli şose yolları, körpü və qurğular, kənd təsərrüfatı obyektləri mütəmadi olaraq sel təhlükəsinə məruz qalır, dağılır, yararsız hala düşür.
Subasmalar
əsasən Kür və Araz çaylarının
aşağı axarında gursululuq dövründə baş
versə də, iqlim dəyişiklikləri ilə əlaqədar
mövsümə xas olmayan yağışların intensivliyi
nəticəsində belə hadisələrin vaxtı da yerini
dəyişir.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 2 iyul.- S.7.