"Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsini rəhbər tutaraq və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında" Əsasnamənin 3-cü maddəsini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 5 iyun tarixli 127-VIQR nömrəli Qərarında aşağıdakı dəyişiklik edilsin:

 

 "Mirzəyev Səfa Abbas oğlu  - Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri."

 

sözləri aşağıdakı sözlər ilə əvəz edilsin:

 

"Hacıyev Fərid Famil oğlu  - Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri."

 

 

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri                           

Bakı şəhəri, 29 iyun 2022-ci il

Azərbaycan.-2022.- 30 iyun.- S.5.