"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda  dəyişiklik  edilməsi barədə"  Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 533-VIQD nömrəli Qanununun tətbiqi  və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında"  Azərbaycan Respublikasının   Qanununda   dəyişiklik   edilməsi   barədə"   Azərbaycan   Respublikasının 2022-ci il 13 may tarixli 533-VIQD nömrəli  Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək  məqsədilə  qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin  Qanunun 39.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 7, maddə 594; 2007, ¹ 11, maddə 1117, ¹ 12, maddə 1223; 2008, ¹ 8, maddə 724;  2009,  ¹ 6,  maddə  419,  ¹ 11,  maddə 888; 2014, ¹ 5, maddə 470; 2016, ¹ 9, maddə 1464; 2017, ¹ 7, maddə 1325; 2019, ¹ 2, maddə 231) aşağıdakı dəyişikliklər edilsin:

2.1.  2.1-ci bəndə "38.1.3-cü maddəsinin ikinci cümləsində" sözlərindən sonra "və 39.1-ci maddəsinin birinci cümləsində"  sözləri əlavə edilsin;       

2.2. 2.3-cü bənddən ", 39.4-cü maddəsində" sözləri çıxarılsın;

2.3.  aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

"2.3-1. həmin Qanunun 39.1-ci maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;".

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Ədliyyə orqanlarında qulluq keçmə haqqında"  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 533-VIQD nömrəli  Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev,

 

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2022-ci il

 

Azərbaycan. - 2022.- 30 iyun.- S.11.