“Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal
İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya
texnologiyaları sahəsində əməkdaşlığın
inkişafı haqqında Memorandum”un təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. 2022-ci il aprelin 20-də Bakı
şəhərində imzalanmış “Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal
İnkişaf Nazirliyi arasında rabitə və
informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın
inkişafı haqqında Memorandum” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində
göstərilən Memorandum qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının
həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi Memorandumun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə
Qırğız Respublikası Hökumətinə bildiriş
göndərsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
23 iyun 2022-ci il
Azərbaycan.-
2022.- 30 iyun.- S.11.