Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Dövlət
qulluqçularının əmək pensiyasının yenidən
hesablanması Qaydaları”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VIQD
nömrəli Qanununun icrası ilə əlaqədar qərara
alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 2,
maddə 70; 2007, ¹ 11, maddə 1117; 2018, ¹ 2, maddə 187; 2020, ¹
8, maddə 1038; 2021, ¹ 8, maddə 911) ilə təsdiq
edilmiş “Dövlət qulluqçularının əmək
pensiyasının yenidən hesablanması Qaydaları”nda
aşağıdakı dəyişikliklər edilsin:
1. aşağıdakı məzmunda
2-1-ci hissə əlavə edilsin:
“2-1. Dövlət məvacibindəki
sonrakı artımlar dövlət qulluqçusunun müvafiq vəzifədə
işlədiyi vaxt dövlət məvacibinə daxil olan
ödənişlərdəki artımlara şamil olunur.”.
2. 7-ci hissənin ikinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
“Ailə üzvlərindən biri
(“Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 20.1.13-cü maddəsinə uyğun
olaraq ailə başçısının qulluq stajına
görə əlavə təyin olunmuş əri (arvadı) və
övladları istisna olmaqla) öz seçimi ilə digər
növ əmək pensiyası və ya “Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun
14.4-cü maddəsinə əsasən sosial müavinət
(ailə başçısını itirməyə görə
sosial müavinət istisna olmaqla) aldıqda, ailə başçısını
itirməyə görə ona düşən əmək
pensiyasının məbləği digər ailə üzvləri
arasında bölüşdürülməklə, onların əmək
pensiyasının məbləği yenidən hesablanır.”.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 iyun 2022-ci il
Azərbaycan.-
2022.- 30 iyun.- S.11.