Türkiyə "yaşıl işıq" yandırdı

 

İsveçFinlandiya NATO-ya üzv olmaları üçün rəsmi Ankaranın əsas tələbləri ilə razılaşıblar

 

Türkiyə Cümhuriyyəti İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləməyə razılaşıb. İspaniyanın paytaxtı Madriddə keçirilən danışıqlardan sonra Ankara, HelsinkiStokholm birgə memorandum imzalayıb.  

Bir neçə həftə davam edən müzakirələrdən və məsləhətləşmələrdən sonra Şimali Avropanın iki ölkəsi Ankaranın irəli sürdüyü  əsas tələblərlə razılaşıb. Üç ölkənin xarici işlər nazirləri İspaniya paytaxtında jurnalistlərin iştirakı ilə saziş imzaladıqdan sonra NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, hər iki ölkə xüsusən də silah ixracı və terrorla mübarizə ilə bağlı Türkiyənin şübhələrini aradan qaldırıb.

 

Rəcəb Tayyib Ərdoğan Finlandiyaİsveç liderləri ilə uzun müddətli danışıqlar aparıb

 

Madriddə Finlandiya Prezidenti Sauli Niinistö İsveçin Baş naziri Maqdalena Andersson ilə saatlarla danışıqlar aparan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi Türkiyənin Şimali Avropanın hər iki ölkəsindən "istədiyini aldığını" bildirib.

Belə ki, HelsinkiStokholm Ankara tərəfindən qadağan olunmuş terrorçu PKK və müttəfiqlərinə qarşı mübarizədə tam əməkdaşlıq etməyə vəd verib və Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyata cavab olaraq 2019-cu ildə Ankaraya qarşı tətbiq etdiyi silah embarqosunu ləğv etməyə razılaşıb. Eyni zamanda FETÖ bundan sonra İsveçFinlandiyada terror təşkilatı sayılacaq.

İmzalanmış memorandumda qeyd olunur ki, Finlandiya Cinayət Məcəlləsinə 2022-ci il yanvarın 1-dən qüvvəyə minən bir sıra düzəlişlərlə yanaşı, cəzalandırılan terror cinayətləri siyahısına yeni fəaliyyətlər əlavə edib. Bununla belə, xatırladılır ki, ictimai sahədə terrora çağırış hərəkətləri ayrıca cinayət kimi nəzərdə tutularaq törədənlər cəzalandırılır. Sənəddə İsveç 1 iyul 2022-ci il tarixdən etibarən yenidaha təsirli Terror Cinayətləri Qanununun qüvvəyə minəcəyini və hökumətin terrorla mübarizə qanunvericiliyini gücləndirməyə davam edəcəyini təsdiqləyir. Türkiyə, Finlandiyaİsveç bu ölkələr arasında silah ixracına artıq milli embarqonun olmadığını təsdiqləyir.

İsveç NATO müttəfiqlərinə silah ixracı ilə bağlı milli qanunvericiliyinə dəyişiklik edir. Gələcəkdə Finlandiya və İsveçdən müdafiə təyinatlı məhsulların ixracı müttəfiqlik həmrəyliyi ruhundaVaşinqton sazişinin 3-cü maddəsinin ruhuna uyğun olaraq həyata keçiriləcək.

 

Türkiyə, Finlandiyaİsveç konkret addımlar atacaq

 

Memorandumda bildirilir ki, Türkiyə, Finlandiyaİsveç  danışıqlardan sonra konkret addımlar atmağa söz veriblər.

Tərəflər terrorizm, mütəşəkkil cinayətkarlıq və digər ümumi çağırışlarla mübarizədə konsensus əsaslı əməkdaşlığı gücləndirmək məqsədilə bütün səviyyələrdə, o cümlədən hüquq-mühafizə və kəşfiyyat orqanlarında dialoq və əməkdaşlıq üçün strukturlaşdırılmış hökumətlərarası mexanizm yaradacaqlar. Finlandiyaİsveç NATO-nun müvafiq sənədlərinin və siyasətinin müddəalarına uyğun olaraq terrorizmə qarşı qətiyyətlə mübarizə aparacaq və qanunvericiliklərini buna uyğun gücləndirmək üçün bütün lazımi addımları atacaqlar.    

Finlandiyaİsveç Ekstradisiya haqqında Avropa Konvensiyasına uyğun olaraq, Türkiyənin terrorda şübhəli bilinən şəxslərin deportasiyası və ya ekstradisiyası ilə bağlı müraciətlərinə operativ şəkildə baxılması və ekstradisiya, təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün Türkiyə tərəfindən verilən bilgini, sübut və kəşfiyyat məlumatlarını nəzərə alacaqlar.

Finlandiyaİsveç 5-ci bənddə göstərilən sərhədlər daxilində araşdırmalara başlayacaq və PKK terror təşkilatı, onun bütün qolları və cəbhə təşkilatları tərəfindən maliyyə vəsaitlərinin toplanması və işə cəlb edilməsi fəaliyyətlərini qadağan edəcəklər.

Türkiyə, Finlandiyaİsveç dezinformasiya ilə mübarizə və terror təşkilatlarının Ankaraya qarşı zorakılığı təşviq edən hərəkətlər də daxil olmaqla, təbliğat məqsədləri üçün sui-istifadə edilməsinin qarşısını almaq öhdəliyinə sadiqdirlər. Finlandiyaİsveç silah ixracı qanunvericiliyinin müttəfiqlər qarşısında yeni öhdəliklər götürməsinə imkan verməsini və onların NATO-ya üzvlük statusuna uyğun olmasını təmin edəcəklər.

Finlandiyaİsveç Türkiyənin və Aİ-yə daxil olmayan digər müttəfiqlərin Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti üzrə cari və gələcək təşəbbüslərində, o cümlədən Türkiyənin PESCO layihəsində mümkün qədər geniş şəkildə iştirakını dəstəkləyəcəklər.

Bu addımları həyata keçirmək üçün Türkiyə, Finlandiyaİsveç xarici işlər, daxili işlər və ədliyyə nazirlikləri, kəşfiyyat xidmətləri və təhlükəsizlik orqanlarının ekspertlərinin iştirakı ilə daimi birgə mexanizm yaradılacaq.

Daimi birgə mexanizm digər ölkələrin iştirakı üçün açıq olacaq. Madrid sammitində Türkiyə NATO-nun açıq qapı siyasətinə uzunmüddətli dəstəyini bir daha təsdiqləyir, habelə Finlandiyaİsveçin NATO üzvü olmağa dəvətinə dəstəyini ifadə edir.

 

İsveç cinayətkarların ekstradisiyasında Türkiyə ilə əməkdaşlıq edəcək

 

Stokholm Türkiyə ilə cinayətlərdə iştirak edən şəxslərin ekstradisiyasında əməkdaşlıq edəcək. Bu barədə İsveçin baş naziri Maqdalena Andersson Madriddə Ankara, HelsinkiStokholm arasında imzalanmış üçtərəfli memorandum mövzusunu şərh edərkən bildirib: "Cinayətkarların qaytarılması ilə bağlı Türkiyə ilə sıx dialoq aparacağıq. Biz sizə beynəlxalq hüquq çərçivəsində terrorla necə mübarizə apardığımızı deyəcəyik". İsveç hökumətinin başçısı danışıqlar prosesini konstruktiv adlandırıb. Baş nazir prosesdə hansı tərəfin daha çox güzəştə getdiyini şərh etməkdən imtina edib.

Bu arada İsveç parlamentinin müstəqil deputatı, YPG/PKK terrorçularını dəstəkləməklə tanınan Amine Kakabave Türkiyə ilə üçtərəfli memorandumu "İsveç üçün qara gün" adlandırıb. TV4 telekanalına müsahibəsində Kakabave İsveçin xarici işlər naziri Ann Lindeyə etimadsızlıq səsverməsi təşəbbüsü ilə çıxış etmək niyyətində olduğunu bildirib.

Onun dediyinə görə, Lindeyə etimadsızlıq göstərilməsi üçün parlamentin 35 üzvünün səsi lazımdır və qanunverici orqanda bu qədər deputat var.

 

NATO-da tarixi qərarlar qəbul olunur

 

NATO-nun baş katibi Yens Stoltenberq alyansın Madriddə keçirilən sammiti ilə bağlı açıqlama verib. Onun dediyinə görə, sammitdə İsveç Finlandiyanın alyansa dəvət edilməsi, hərbi-siyasi blok üçün yeni strateji konsepsiyanın təsdiqi, çəkindirmə müdafiə imkanlarının yaradılması, eləcə Ukraynaya gələcək dəstək kimi tarixi qərarlar qəbul olunur.

Bundan əlavə, 2010-cu ildə Lissabon sammitində qəbul edilmiş hazırkı NATO Strateji Konsepsiyası dəyişikliklərə məruz qalacaq.

NATO-nun yeni konsepsiyası çərçivəsində çəkindirmə müdafiə potensialının artırılmasına xüsusi diqqət yetiriləcək.

Şimali Atlantika Alyansının baş katibi bildirib ki, NATO-nun çevik reaksiya qüvvələrinin sayı 300 min nəfərə çatdırılacaq. Bu qoşunlar öz ölkələrində yerləşdiriləcək xərclər müxtəlif müttəfiq ölkələr tərəfindən maliyyələşdiriləcək.

 

İsveç Finlandiyanın NATO-ya daxil olması Rusiya üçün yeni təhlükələr yaratmır

 

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, İsveç Finlandiyanın NATO-ya daxil olması Rusiyanı xüsusilə yeni heç bir şeylə təhdid etmir: "Əgər onlar ittifaqa qoşulmaqla özlərini daha yaxşı sakit hiss edirlərsə, uğurlar..."

Eyni zamanda Dmitri Medvedev qeyd edib ki, Rusiya cavab addımlarına hazır olacaq öz sərhədlərini möhkəmləndirəcək, çünki NATO-nun Rusiya ilə quru sərhədlərinin uzunluğu iki dəfədən çox artacaq.

O, hesab edir ki, İsveç Finlandiyanın vətəndaşlarının özləri NATO-ya daxilolma perspektivinə həvəs göstərmirlər. "İskəndər"lərimizin, hipersəs raketlərimizin, nüvə silahı olan döyüş gəmilərimizin onların evlərinin astanasında olması heç yaxşı perspektiv deyil".

 

Rizvan HİLALOĞLU

 

Azərbaycan.- 2022.- 30 iyun.- S.16.