Obrazlarda yaşamaq şərəfi hər kəsə nəsib olmur...

 

Aktyorlar... rollar

 

Lənkəran Dövlət Dram Teatrının dəyərli aktyorlarından biri, ömrünü-gününü səhnə sənətinə həsr edən Miraslan Ağayev deyir ki, Azərbaycan milli teatrının tarixində sənətə vurğun olan, həyatını səhnədən kənarda təsəvvür edə bilməyən sənətkarlar ölməzlik qazanırlar: “...Klassiklərimizin həyat hekayətlərindən məlum olur ki, onların əksəriyyəti sanki səhnə üçün doğulublar. Müqayisə edilməyəcək dərəcədə bir-birindən güclü sənətkarlarımızın sənət aşiqliyinin bəhrəsidir ki, Azərbaycan teatrı yarandığı gündən məşəqqətli yol keçsə , onun yaradıcıları heç vaxt yorulmayıblar, unudulmayıblar...”

Akademik səviyyəyə yüksələnədək səhnə sənətinin inkişaf yolunda can qoyanların arasında bölgə teatrlarında çalışanlar da az olmayıb. Əslində, belə demək mümkünsə, xalqımızın sevimli sənətkarları səviyyəsinə qalxanların bir çoxu  elə bölgələrdə dünyaya göz açıb, orada ilk addımlarını həvəskar aktyor kimi dram dərnəklərindən atıblar.

Lənkəran Dövlət Dram Teatrının da tarixində belə sənət fədailəri çox olub. Onlardan birinin həyat sənət yoluna qısa baxışla fikrimizi əsaslandıra bilərik.

Miraslan Əzizəli oğlu Ağayev 18 mart 1958-ci ildə Lerik rayonunun Tikəband kəndində anadan olub. 1975-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi bitirib. İlk əmək fəaliyyətinə Lənkəran Dövlət Dram Teatrında səhnə maşinisti kimi başlayıb. Fitri istedadı bu sahəyə marağı onu səhnəyə çıxarıb: teatrda hazırlanan tamaşalarda epizodik rollarda istedadını sınayıb. Hərbi xidmətini başa vurduqdan sonra Miraslan yenidən doğma kollektivə qayıdıb yardımçı aktyor ştatında işə qəbul olunub.

1987-1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində ali təhsil alan Miraslan Ağayev 1975-ci ildən bugünədək Lənkəran Dövlət Dram Teatrının truppasında aktyor kimi çalışır. Bu illər ərzində 100-dən artıq rollar oynayan sənət fədaisi deyir ki, onun ifa etdiyi C.CabbarlınınSevil”ində Əbdüləli bəy, C.MəmmədquluzadəninÖlülər”ində Hacı Baxşəli, M.F.AxundzadəninMolla İbrahim Xəlil”ində Molla Həmid, V.SəmədoğlununUca dağ başındaəsərində Murtuz, Ş.Qurbanovun  Özümüz bilərikpyesində Bəbirli, V.VişnevskininNikbin faciə”sində anarxistlərin başçısı, B.RzayevinQəhrəmanlıq xronikası”nda S.B.Mehmandarov, ŞillerinQaçaqlar”ında Şveytser, B.Beyzayininİlan Sultan”ında Vəzir, J.B.MolyerinJorj Danden”ində Jorj Danden kimi yaratdığı obrazlar onun rəngarəng yaradıcılıq dəst-xətinin parlaq nümunələrindəndir.

Miraslan Ağayevin oynadığı səhnə əsərlərindən C.MəmmədquluzadəninÖlülər Ü.HacıbəylininOlanlardan-keçənlərdəntamaşaları Azərbaycan Dövlət TeleviziyasınınQızıl Fondu”nda saxlanılır. O, həmçinin bir rejissor kimiTəbii Tibbi Klinikatamaşasına quruluş verib.

Miraslan Ağayev bir çox səhnə sənəti yaradıcılarının yolunu uğurla davam etdirir, həm yalnız oynadığı yaddaqalan rollarla yox. O, həm qələmə aldığıYaxşılığa yaxşılıq”, “Altı yaşlı körpə”,  “ TTK” kimi səhnə əsərlərinin müəllifidir.

Televiziya filmlərinə çəkilən Miraslan AğayevSusmuş vicdan”da Deputat, “Durnalar qayıdır”da Əsgər Məhbus, “Sevginin ğöz yaşları”nda Ata, “Günəşim ol”da Qafur, “Xalxın evi”ndə Şərəf kimi yaddaqalan obrazlar yaradıb.

Peşəsinin bilicisi fədaisi olan, buna görə tamaşaçıların sevgisini qazanan aktyorun daha bir neçə qabiliyyəti var. Lirik şeirlər yazan həvəskar şair rəssamlığı da bacarır. Bu da onun göstəricisidir ki, istedad qabiliyyət onun genetik sərvətidir.

Miraslan Ağayev Lənkəranın ictimai mədəni həyatında da fəal iştirak edir. O, dövlət əhəmiyyətli tədbirlərdə göstərilən teatrlaşdırılmış tamaşalarda, ədəbi-bədii kompozisiyalarda da uğurla çıxış edir, izləyicilərin dərin rəğbətini qazanmağa müvəffəq olur. Məhz ictimaiyyətçi olduğu fəallığı nəzərə alınan Miraslan Ağayevə Teatr Həmkarlar Təşkilatı İdarə Heyətinin sədri kimi məsul vəzifə həvalə edilib. Yüksək yaradıcılıq zövqü ilə çalışan aktyorun əməyi Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti   teatrın rəhbərliyi tərəfindən təşəkkürnamə, fəxri fərmanlarla qiymətləndirilib.

1984-cü ildən Azərbaycan Respublikası Teatr Xadimləri İttifaqının üzvü olan Miraslan Ağayev ömrünün elə çağını yaşayır ki, artıq onun yetirmələri sənətkarın ömür sənət yolunu örnək bilirlər.

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.- 2 mart.- S.7.