Azərbaycanın Polşadakı səfirliyi Ukrayna ilə sərhəddəki vəziyyətə
dair məlumat yayıb
Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarından Polşanın Ukrayna ilə sərhəd-keçid məntəqəsini keçdikdən sonra Polşa tərəfindən təklif edilən istiqamət üzrə hərəkət edən təxliyə avtobuslarına minmələrə xahiş olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, avtobuslar müxtəlif şəhərlərdə yerləşən qəbul məntəqələrinə hərəkət edir. Vətəndaşlarımız həmin qəbul məntəqələrində yerləşdirildikdən dərhal sonra Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin 0048576900183 saylı qaynar xəttinə bağlı “WhatsApp” nömrəsinə yaxud consul_warsaw@mission.mfa.gov.az elektron poçt ünvanına aşağıdakı məlumatı göndərməlidirlər:
1) Pasportun (olmadığı təqdirdə şəxsiyyətini təsdiq edən istənilən sənədin) surəti (fotoşəkli);
2) Hazırda yerləşdirildiyi ünvan;
3) Telefon nömrəsi (və olduğu təqdirdə “WhatsApp” nömrəsi);
4) Azərbaycanda yaxın qohumunun ünvanı və telefon nömrəsi
Həmin məlumatlar əsasında
vətəndaşlarımız siyahıya alınacaq və onlar üçün Polşadan Azərbaycana təxliyə
uçuşları təşkil olunacaq.
Təhlükəsizlik şərtlərini nəzərə alaraq, təxliyə təyyarəsinə
yalnız adları Səfirliyin siyahısında olan şəxslər buraxılır. Təxliyə
zamanı, ilk növbədə,
qadınlara, uşaqlı valideynlərə, yaşlılara və
tələbələrə üstünlük
verilir. Digər kateqoriyadan
olan vətəndaşlar növbəyə
alınır.
Azərbaycan.-
2022.- 3 mart.- S. 3.