İtaliya Senatında Xocalı soyqırımı ilə bağlı konfransda “Barışıq üçün etiraf et” təşəbbüsünün Roma koalisiyası yaradılıb

 

Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasının 30-cu ildönümü çərçivəsində martın 1-də İtaliya Senatının mətbuat konfransı zalında “Etiraf yolu ilə barışıq: sülh quruculuğukeçid ədaləti” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, İtaliya parlamentinin üzvlərinin, insan hüquqları təşkilatlarının, akademikmedia dairələrinin nümayəndələrinin iştirak etdikləri tədbir İtaliya Senatının “İrəli, İtaliya” Partiyasından olan üzvü, İtaliyanın Mərkəzi Avropa Təşəbbüsü Parlament Assambleyasındakı parlament nümayəndə heyətinin vitse-prezidenti, senator Urania Papatheunun təşəbbüsü ilə İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsi ilə birgə təşkil olunub.

Konfrans iştirakçılarını salamlayan senator Urania Papatheu sözü ilk növbədə İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldiyə verib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərini və şahidi olduğu dağıntıları xatırladan deputat R.Boldi müharibənin artıq arxada qaldığını, sülhdialoq vaxtının gəldiyini, hazırkı tədbirin bu prosesə böyük töhfə verə biləcəyinə ümidvar olduğunu bildirib.

Sonra təşəbbüs barədə məlumat verən senator Urania Papatheu Xocalıda baş vermiş hadisələri xatırladaraq orada törədilmiş vəhşiliklərin İtaliyada da soyqırımı cinayəti kimi tanınmalı olduğunu qeyd edib və tədbir iştirakçılarını Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Senator öz çıxışında etirafkeçid ədalətinin sülh və təhlükəsizliyin dəstəklənməsi, beynəlxalq insan hüquqları pozuntularının xüsusilə də soyqırımının qarşısının alınması üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Konfransda çıxış edən İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri professor Antonio Stanqo Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyi, 1275 nəfərin girov götürülərək işgəncələrə məruz qaldığı, 150 nəfərin itkin düşdüyü, onlarca ailənin bütövlüklə məhv edildiyi, çoxsaylı körpələrin hər iki valideynindən məhrum olduğunu qeyd edib, Xocalı hadisələrinin beynəlxalq hüquqa, o cümlədən Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyaya uyğun olaraq soyqırımı cinayəti kimi tövsif edildiyini ifadə edib.

A.Stanqo 2020-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsinə baxmayaraq, Xocalıya ədalətin hələ tam bərpa olunmadığı, həm Azərbaycan, həm də Ermənistan liderlərinin “yeni səhifə açmaq” və “regionda sülh erası”na başlamaq niyyətlərini bəyan etdiklərini nəzərə alaraq, hazırkı tədbirin məqsədinin etiraf, dialoq və barışıq yolu ilə insanlara Xocalı faciəsinin təsirini aradan qaldırmağa kömək etmək üçün güclü beynəlxalq vasitəçiliyi araşdırmaq olduğunu qeyd edib. Bu xüsusda  professor A.Stanqo fevralın 23-də ATƏT-in Vyanadakı mənzil-qərargahında keçirilmiş iclasda elan olunmuş Soyqırımı və kütləvi vəhşiliklərin qarşısının alınması üzrə Budapeşt Mərkəzinin “Barışıq üçün etiraf et” təşəbbüsünü alqışladığını bildiribbu təşəbbüs barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Konfransda daha sonra Avropa Müsəlmanlarının Sosial Birlik Təşəbbüsünün baş katibi, Danimarka İnsan Hüquqları İnstitutu Şurasının üzvü Başi Qureyşi, Vicdan Azadlığı Uğrunda Dərnəklərin və Fərdlərin Koordinasiyasının prezidenti Tyeri Valle (Fransa) və Bursa Uludağ Universiteti rektorunun müşaviri, universitetin beynəlxalq akademik münasibətlər üzrə əlaqələndiricisi, ATƏT-in keçmiş şəxsi nümayəndəsi, din və geosiyasət üzrə professor Bülent Şenay (Türkiyə) çıxış ediblər.

Çıxış edənlər təşəbbüsün Xocalı soyqırımının Ermənistan tərəfindən etirafı, azərbaycanlılarla ermənilər arasında birbaşa dialoqa yardım edilməsi, münaqişə ilə bağlı acı xatirələri aradan qaldıraraq birlikdə Cənubi Qafqazda barışıq və dayanıqlı sülh yollarının tapılması kimi məqsədlərə nail olmaq üçün Xocalı faciəsinin 30-cu ildönümü ili ərzində davamlı olaraq fəaliyyət göstərəcəklərini bildiriblər.

Konfransda həmçinin vurğulanıb ki, Avropanın və dünyanın üzləşdiyi misli görünməmiş çağırışlar dövründə vətəndaş cəmiyyəti üzvlərinin bu cür təşəbbüsləri planetin münaqişə təhlükəsinin, xüsusən də münaqişədən sülhə keçilməsi imkanlarının olduğu yerlərdə azaldılması üçün son dərəcə əhəmiyyətlidir.

Sonda “Barışıq üçün etiraf et” təşəbbüsünü dəstəkləyən Avropa təşkilatlarının Koalisiyası elan edilib və natiqlər, eləcə də tədbirdə iştirak edən bir sıra italyan parlamentarilər və digər iştirakçılar tərəfindən rəmzi olaraq Roma Bəyannaməsi adlanan “Barışıq üçün etiraf et” təşəbbüsünün beynəlxalq koalisiyası Bəyannaməsi imzalanıb. Habelə rəmzi olaraqRoma koalisiyası” adlanan koalisiyanın daha çox insan hüquqları təşkilatlarının və tanınmış şəxslərin üzvlüyünə açıq olacağı ifadə edilib.

Konfrans İtaliya Senatının rəsmi televiziyası və “Yutub” kanalı vasitəsilə canlı yayımlanıb.

 

Azərbaycan.- 2022.-3 mart.- S.4.