Pandemiya ilə mübarizəyə Azərbaycanın töhfəsi

 

Respublikamız qlobal imkanların səfərbər edilməsi üçün mühüm addımlar atır

 

Dünyada epidemioloji vəziyyət hələ də gərgin olaraq qalır və COVID-19 virusu yeni variantları ilə sürətlə yayılmağa davam edir, hər ötən gün yoluxmaölüm sayını artırır.

Digər tərəfdən də ölkələr qlobal bəlanın qarşısını almaqondan qurtulmaq üçün müxtəlif tədbirlərə əl atır, xüsusilə də virusla ən effektiv mübarizə vasitəsi olan vaksinasiya prosesini sürətləndirir.

 

Azərbaycan 80-ə yaxın ölkəyə yardım edib

 

Azərbaycanda da yeni növ koronavirusun üzə çıxdığı ilk gündən etibarən ona qarşı bütün sahələr üzrə effektiv mübarizə aparılır. Respublikamız əhalinin kütləvi vaksinasiyasına başlayan ilk ölkələr sırasındadır. Belə ki, ölkəmizdə vaksinasiyaya 2021-ci il yanvarın 18-dən tibb işçilərinin peyvəndlənməsi ilə start verildi. Bu proses hazırda da uğurla davam etdirilir. Artıq ölkəmizdə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub.

Azərbaycan dövləti koronavirusdan əziyyət çəkən əhaliyə daim sosial-iqtisadi sahədə də dəstək göstərir.

COVID-19-dan əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.

Xüsusilə qeyd edək ki, Azərbaycanın COVID-19-la mübarizəsi yalnız ölkə daxili ilə məhdudlaşmır. Təkcə onu misal göstərək ki, Qoşulmama Hərəkatının Sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşaya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı göstərib. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilib. Eyni zamanda Azərbaycan hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi təşəbbüsünü həyata keçirir.

O da gerçəklikdir ki, dünyada bütün ölkələrin koronavirusa qarşı peyvəndə əlçatanlığı bərabər səviyyədə deyil və Azərbaycan hər zaman bu qlobal problemi gündəmə gətirərək dünya ölkələrini bunun həllinə çağırır.

 

Pandemiya qlobal yanaşma tələb edir

 

Fevralın 25-də BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksəksəviyyəli tematik müzakirələrdə İlham Əliyev Azərbaycan Respublikasının PrezidentiQoşulmama Hərəkatının Sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatdakı çıxışında da diqqəti bir daha bu qlobal problemə yönəltdi. Keçirilən toplantının dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf etdiyini söyləyən İlham Əliyev dedi ki, COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Lakin azorta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir. COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır. Bu həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur.

Azərbaycan Prezidenti İlham Əliyev sözügedən toplantıda həmçinin onu da qeyd etdi ki, bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milliregional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir. COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni dərəcədə əhəmiyyətlidir.

Ümumiyyətlə, COVID-19 pandemiyasının yayıldığı və vaksinlərin istehsalına başlanıldığı dövrdən etibarən Azərbaycan Prezidenti İlham Əliyev hər zaman dünyada vaksin ədalətsizliyinə qarşı mübarizə aparır, bununla bağlı müxtəlif tribunalardan çağırışlar edir. Dövlətimizin başçısı peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmişinkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edir.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 3 mart.- S.1; 5.